Ucar Tarix-Diyarşünaslıq Muzeyi

Ucar Tarix-Diyarşünaslıq MuzeyiUcar şəhərində yerləşən muzey. Ucar rayon Tarix-Diyarşünaslıq Muzeyi 1986-cı ildən fəaliyyət göstərir.Muzeyin fondunda 3170 muzey əşyası qorunur. Tarix-Diyarşünaslıq Muzeyində "Təbiət", "Qədim dövr", "Müasir dövr" bölmələri və s.bölmələr fəaliyyət göstərir.

Ucar Tarix-Diyarşünaslıq Muzeyi
Əsası qoyulub 1986-cı il
Mövzu tarix
Yerləşir Ucar, Azərbaycan,Heydər Əliyev pr.153
Kolleksiyası 3170
Direktor Nəzakət Qasımova
Telefon <21-3-01- 49>
İş rejimi 9-00__18-00

Muzeyin eksponatları

[redaktə | mənbəni redaktə et]

Muzeyin fondunda 3170 ədəd muzey əşyası var. Təbiət bölməsində quş müqəvvaları, ağac nümunələri, mədəni və texniki bitkilərin toxumları və s. toplanıb. Qədim dövr bölməsində Azərbaycan xalqının adət-ənənələrini, məişətini, həyat tərzini əks etdirən ekspanatlar nümayiş olunur.

Muzey 2015-ci ildə yeni binaya köçmüşdür. Muzeyin sahəsi 573,44 kv.m.-dir. Bina müasir texnologiyanın ən son naliyyətləri əsasında qurulmuş, binada istilik-havalandırma sistemi, elektron xəritə qurlaşdırılmışdır. Muzeyin ekspozisiyası qədim dövr, təbiət, etnoqrafiya, müasir dövr bölmələrindən ibarətdir. Burada "20 Yanvar", "Xocalı faciəsi", "Şəhidlər", "Həmiyerlilərimiz", "Şair və yazıçılarımız", "Müstəqillik yollarında" və s. guşələr fəaliyyət göstərir. 2015-ci ildə başlayaraq Cənubu Qafqaz Boru Kəmərinin genişləndirilməsi zamanı Ucar rayonunun Ramal kəndində b.e.ə. II əsrlərə və b.e.II əsrinə aid 16 ədəd artefaktlar AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun arxeoloqları tərəfindən muzeyə təhvil verilmişdir.[1]

Muzey güşələri

[redaktə | mənbəni redaktə et]

Müasir dövr bölməsində bugünkü hadisələrdən bəhs olunur. Bu eksponatlar aşağıdakı guşələrdə cəmlənib.[2]

  1. Müstəqillik yollarında
  2. Alim həmyerlilərimiz.
  3. Səhiyyə.
  4. Mədəniyyət.
  5. İdman.
  6. 20 Yanvar
  7. Xocalı soyqırımı.
  8. Qarabağ müharibəsı.
  9. Etnoqrafiya.
  10. Numizmatika.
  11. Şair və yazıçılarımız.
  1. "Ucar Tarix-Diyarşünaslıq Muzeyi". https://museum.az. İstifadə tarixi: 22.12.2020.[ölü keçid]
  2. "Ucar Tarix-Diyarşünaslıq Muzeyi". https://heydaraliyev-centers.az. 2021-04-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.12.2020.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]