Ud Ata

Ud Ata - türk, monqol və altay mifologiyasında Buğa Tanrı. Uy Ata və ya Ut Ata da deyilir. Buğa (Buga, Boğa, Buka) Ata təbiri də istifadə edilər. Moğollar Buh (Buk) Ecege deyərlər. Öküzləri qoruyar. Gücü təmsil edir. Bəzi türk tayfaları, soylarının buğadan törədiyine inanar. Oğuz xana adını verən də Buğa Atadır. Müqəddəs Ay boğası olaraq təyin olunar. Qəhrəmanlarda buynuz anlayışı boğadan ilhamlanmışdır. Bu buynuzlar gücü işarələr və Ayı çağrıştırırlar. Qırğızlar Dünyanın bir öküzün buynuzları üzərində dayandığına inanardılar. Yağışlar nəticəsində dağlardan enən sellər böğüren boğalara benzetilir. Buğa Ata boz öküz qılığına bürünərək Tayçı Xanın boğalarıyla güləş edir və qızıyla birlikdə olar. Ondan bir oğulu olar. Bu uşaq Buryat qövmünün atasıdır. Ona görə özünə boz öküz qurban edilir. Buga, monqolcada geyik deməkdir və müqəddəs bir heyvandır. Tunguslarda Buga (və ya Buğa) adı verilən hər şeyə gücü çatan, bütün həyatı idarə edən, müdrik bir Tanrı vardır.

Buynuz və mənası[redaktə | mənbəni redaktə et]

Buynuz, türk mədəni ənənəsində, dini və mifoloji bir ünsürdür. Bu ünsür, suverenlik və güc anlayışları ilə əlaqədardır. "İki buynuzlu Ata" hökmdar motivine ilk dəfə türk mifologiyasında rast gəlinir. "Osmanlı sülaləsinin tarixi" adlı əsərin yazan Rüstəm Paşa, Quranda adı çəkilən Zülqərneynin Makedoniyalı İskəndər olduğu iddiasına etiraz edərək belə deyir: "Quranda Zülqərneyn (iki buynuzlu) adıyla xatırlanan Oğuz xandır." Orta Çağ miniatürlərinde, Oğuz xan və oğulları, buynuzlu olaraq çəkilmişlər.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

Mənbə[redaktə | mənbəni redaktə et]