Ueddell suitisi

Veddel suitisi(Leptonychotes weddellii), Əsl suitilər fəsiləsinə aid növ.

Veddell suitisi
Elmi təsnifat
XƏTA: parentrang parametrlərini doldurmaq lazımdır.
???:
Veddell suitisi
Beynəlxalq elmi adı

Bu növ öz adını Veddell dənizinə təşkil olunan ingilis ekspedisiyasının rəhbəri Ceyms Veddellin şərfinə adlandırılıb. Veddell suitisi bütün Antarktida boyunca yayılmışdır. Anların sayı dünyada 800,000 baş təşkil edir.

Veddell suitisi 3,5 metr uzunluğa malik olur. Su altında 60 dəqiqə qala bilir. Şikarı dalınca 800 dərinliyə enə bilir.

Bu növ suitilər payızda yeni yaranan buzları qazıyaraq özlərinə yer düzəldirlər. Bu səbədən yaşlı suitilərin dişləri qırıq olur.

Veddel suitiləri barozədələnmələrdən (təzyiqin təsiri altında yaranan zədələnmə) necə xilas olur

[redaktə | mənbəni redaktə et]

Antarktida bölgəsində yaşayan Veddell suitisi hava temperaturunun −56℃, suyun temperaturunun −26℃-yə qədər düşdüyü sərt qış şərtlərinə belə davam gətirir. Suitilər çox dərinə endikdə yüksək təzyiq və ani təzyiq dəyişikliyi səbəbindən yaranan zədələnmələrə məruz qalmırlar. Çünki suya uzun müddətlik girməmişdən əvvəl bir neçə qısa sualtı üzmə həyata keçirirlər. Qabırğa sümükləri ilə diafraqmalarını açıb yığaraq ciyərlərindəki havanı xaric edirlər və ciyərlərini də bağlayırlar. Bir müddət sonra ciyərlərində ümumiyyətlə hava qalmadığı üçün azot əriyərək qana qarışa bilmir və beləcə həyati təhlükənin qarşısı alınır. Suitilərin nəfəs borusu bir çox məməlilərdə olduğunun əksinə, dairəvi deyil, düz-oval formalıdır və yüksək təzyiq altında dərhal bağlanır. Eyni şəkildə qulaqlarındakı hava boşluqları da xarici təzyiq müəyyən bir həddə çatanda şişərək boşluqları qapayan qan damarları ilə hörülmüşdür.

  1. Integrated Taxonomic Information System (ing.). 1996.
  2. Mammal Species of the World (ing.): A Taxonomic and Geographic Reference. / D. E. Wilson, D. M. Reeder 3 Baltimore: JHU Press, 2005. 35, 2142 p. ISBN 978-0-8018-8221-0

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]