Uels Milli Kitabxanası

Uels Milli Kitabxanası — Aberistiutidə yerləşən Uelsdəki ən böyük kitabxana. Bu, Uels Assambleyası Hökuməti tərəfindən birbaşa maliyyələşdirilən bir qurumdur. Təkrarlanan sənədlərin hüquqi nüsxələrinin anbarı kimi çıxış edir.

Uels Milli Kitabxanası
Llyfrgell Genedlaethol Cymru
Loqonun şəkli
Xəritə
Ümumi məlumatlar
Ölkə
Yaradılıb 1907
Ünvan National Library of Wales, Penglais Road, Aberystwyth, SY23 3BU[1]
Telefon +44-1970-632800[1]
Digər məlumatlar
İşçi sayı
  • 239 nəf. (2021)
ISIL kodu GB-WlAbNL
Sayt library.wales
llyfrgell.cymru
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Kitabxananın tarixi

[redaktə | mənbəni redaktə et]
Ser Con Uilyams, Milli Kitabxananın əsas qurucularından biri

1873-cü ildə Uels materialını toplamaq üçün bir komitə yaradıldı. 1905-ci ildə Britaniya hökumətinin büdcəsinə iki Uels institutunun, Milli Kitabxananın və Uels Milli Muzeyinin formalaşması üçün maliyyə vəsaiti daxil idi və Şəxsi Şura onların təklif olunan yerlərini müəyyən etmək üçün komitəyə göstəriş verdi. [2]Bu institutların yerləşdirilməsi üçün əsas iddiaçılar Aberistuit və Kardif idi. Kitabxananın yerləşməsinə üstünlük birinciyə verildi, Kardifdə bir muzey açmaq qərara alındı.[3] Milli Kitabxananın Aberistuitdə yerləşdirilməsi üçün arqumentlərdən biri kolleksiyanın artıq Universitet Kollecində saxlanması idi.[4][5]

Kitabxana binaları

[redaktə | mənbəni redaktə et]

1908-ci ildə Milli Kitabxana binasının dizaynı üçün müsabiqə elan edildi və bir il sonra binanın eksteryerinə baxışını "qəsdən hamar və sərt" üslub kimi təsvir edən Sidney Qrinsdeyl qalib gəldi.[6] Binanın təməl daşı 1911-ci ildə Tir Qrogitanda Aberistiutə baxan Penqlais təpəsinin zirvəsinə qoyulmuş və bina 1916-cı ildə istifadəyə verilmişdir. Binanın birinci mərtəbəsi Korniş qranitindən, qalan mərtəbələri isə Portlend daşı ilə örtülmüşdür. Kitabxananın ümumi dizaynı bir neçə dəfə dəyişdi, xüsusən də 1950-ci illərdə memar Çarlz Holden kitabxananın mərkəzi binasının tikintisini həyata keçirdi. 1996-cı ildə kitabxananın saxlama qabiliyyətini artırmaq üçün üçüncü bina tikildi.[7]


  1. 1 2 https://www.archivesportaleurope.net/directory/-/dir/ai/code/GB-210.
  2. Brinley Jones, R. Foreword // Fishlock, Trevor (redaktor). In this place: the National Library of Wales. Aberystwyth: National Library of Wales. 2007. səh. 6. ISBN 9781862250543.
  3. "About us". Research Libraries UK. 12 June 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 June 2015.
  4. "List of members". Consortium of European Research Libraries. 22 June 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 June 2015.
  5. "About NLW". NLW official website. 2012-05-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-18.
  6. "The National Library of Wales". Wales (24): 61–73. 1946.
  7. "Sir John Williams' Collection". National Library of Wales. 28 June 2015 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 26 June 2015.