Uels fiskal balansı

Uels fiskal balansıUelsdə dövlət gəlirləri və xərcləri arasında ümumi fərq. 1999-cu ildən 2022-ci ilə qədər Uelsdə dövlət xərclərinin vergi gəlirlərini aşması səbəbindən ölkədə mənfi fiskal balans var idi. 2018–2019 fiskal ili üçün fiskal kəsir Uelsin təxmin edilən ÜDM-nin təxminən 19,4 faizini təşkil etmişdir. Bütövlükdə Birləşmiş Krallıq üçün bu rəqəm 2 faizdir. Şərqi, Cənub-Şərqi İngiltərə və London istisna olmaqla, bütün Birləşmiş Krallıq ölkələri və regionlarında kəsir var. Uelsin adambaşına 4,300 funt sterlinq olan fiskal kəsiri adambaşına təxminən 5,000 funt sterlinq olan Şimali İrlandiya fiskal kəsirindən sonra iqtisadi rayonlar arasında ikinci ən yüksək olandır.

Dublin Siti Universitetinin politoloqu Con Doylun fikrinə görə, müstəqil Uelsin "ilk günlərində" fiskal kəsir təxminən 2,6 milyard funt sterlinq olardı. Bu, 2019-cu ildə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına daxil olan ölkələr üçün orta hesabla 3,2%-ə bərabər olan ÜDM-in 3,4%-dən aşağısına bərabərdir. Kardiff Universitetində Uels İdarəetmə Mərkəzinin 2023-cü ildə apardığı araşdırma göstərir ki, kəsir "Müstəqil Uels üçün çətin iqtisadi perspektiv" deməkdir və burada konstitusiya müzakirələrinin fiskal reallıqları nəzərə almasını tövsiyə edilmişdir.

Fiskal kəsir[redaktə | mənbəni redaktə et]

Hesablamalar ardıcıl olaraq Uelsin Birləşmiş Krallıqdan köçürmələr hesabına maliyyələşən böyük və davamlı fiskal kəsirə malik olduğunu göstərir.[1] Uels, eləcə də İngiltərədə fiskal kəsir var, çünki hər iki ölkədə dövlət xərcləri toplanan vergi gəlirlərini üstələyir. Bəzi mənbələrdə bildirilmişdir ki, kəsir Uels kəsiri deyil, çünki Uelsin vergilər üzərində əhəmiyyətli səlahiyyətləri yoxdur və öz büdcəsini təyin etmir, çünki Birləşmiş Krallıq hökuməti bu fiskal səlahiyyətlərin çoxuna malikdir.[2][3]

Uelsin xalis fiskal kəsiri 2020-ci ildə 14,4 milyard funt-sterlinqdən 2021-ci ildə 25,9 milyard funt-sterlinqə yüksəlmişdir. 2021-ci ildə Birləşmiş Krallığın bütün ölkələri və regionları, o cümlədən İngiltərənin Şimal-Qərbi 49,9 milyard funt-sterlinq dəyərində fiskal kəsirə sahib olmuşdur. Bu, Şotlandiyada 36 milyard funt sterlinq, Şimali İrlandiyada 18 milyard funt sterlinq, Londonda 7,2 milyard funt sterlinq dəyərində olmuşdur.[4]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Ifan, Guto; Siôn, Cian; Wincott, Daniel. "DEVOLUTION, INDEPENDENCE AND WALES' FISCAL DEFICIT". National Institute Economic Review. 261. 2022: 16–33. doi:10.1017/nie.2022.8.
  2. "Why framing the union as a progressive force is pure dogma". Nation Cymru. Nation Cymru. 17 January 2021. 23 April 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 February 2021.
  3. "Allow Welsh Government to borrow more, says Mark Drakeford". BBC. BBC. 16 May 2018. 3 January 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 February 2021.
  4. "Country and regional public sector finances, UK - Office for National Statistics". www.ons.gov.uk. 2023-04-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-12.