Ufa Dövlət Aviasiya Texniki Universiteti (UDATU) (başq. Өфө дәүләт авиация техник университеты, ӨДАТУ) — Ufa şəhərində yerləşən texniki ali təhsil mərkəzi.
Ufa Dövlət Aviasiya Texniki Universiteti Başqırdıstan Dövlət Universiteti | |
---|---|
Əsası qoyulub | 1932 |
Tip | Dövlət |
Rektor | Sergey Novikov |
Şəhər | Ufa şəhəri |
Ölkə | |
Ünvan |
450000, Ufa ş., Karl Marks k., 12 |
Sayt | ugatu.ac.ru |
Vikianbarda əlaqəli mediafayllar |
Ufa Dövlət Aviasiya Texniki Universitetinin kökləri hələ XIX əsrə gedir. Universitetin təməli Varşava Politexnik Universiteti[1] əsasında qoyulmuşdur. 1907-ci ildə isə Novoçerkasska köçürülmüşdür
Ali təhsil mərkəzinin tarixi 1932-cui ildən başlayır. Rıbinski Dövlət Aviasiya İnstutu təşkil edilir. Bu müəssinə Novoçerkassk Aviasiya İnstutunun əsasında təşkil edilir[2]. 1941-ci ildə Rıbinski Dövlət Aviasiya İnstutu Ufaya köçürülür. 1942-ci ildən isə Orconikidze adına Ufa Aviasiya İnstutu olaraq adlandırılır[3].
1982-ci ildə ixtisaslı mütəxəssislərin hazırlanmasında və elmi tədqiqatların inkişafına görə UAİ Lenin ordeni ilə təltif edilmişdir[4].
1992-ci ildə UAİ texniki universitet statusu alır[5].
2011-ci ildən ali təhsil ocağı Federal Dövlət Büdcəsi hesabına maliyyələşən "Ufa Dövlət Aviasiya Texniki Universiteti" olaraq adlandırıldır[6].
Aviasiya təhsili, raket və kosmik texnologiyası sahəsində 61 ixtisas və 25 istiqamətdə mütəxəssislər hazırlayır; avtomatika və nəzarət; maşınqayırma və metal işləmə; elektron mühəndislik, radio mühəndisliyi və kommunikasiya; elektromekanik; elektrik enerji sənayesi; tətbiqi riyaziyyat; informasiya və hesablama avadanlıqları; iqtisadiyyat və idarəetmə; həyat təhlükəsizliyi.