Uffizi qalereyası

Uffitsi qalereyası (it. Galleria degli Uffizi) — İtaliyanın Florensiya şəhərində yerləşən məşhur incəsənət qalereyası. Dünyanın ən qədim muzeylərindən biridir. 1581-ci ildə əsası qoyulmuşdur. Əsərlərin çoxu Mediçi ailəsinin kolleksiyasından ibarətdir.

Uffitsi qalereyası
Xəritə
Əsası qoyulub 1581
Açılış tarixi 1581
Təsisçi
Mövzu İncəsənət qalereyası
Ölkə
Yerləşir Florensiya, İtaliya İtaliya
Ziyarətçi sayı 1.875.176 (2013)
Dünya üzrə 25-ci (2013)
Direktor Antono Natali
Telefon +39 055 294883[4]
İş rejimi 08:15 - 18:30[1]
43°46′06″ şm. e. 11°15′19″ ş. u.
www.uffizi.beniculturali.it
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Muzey "U" şəkilli ikimərtəbəli binadan ibarətdir. "Uffitsi" italyan dilində "ofislər" deməkdir. Belə adlandırılmasının səbəbi həmin dövrdə buranın ofislərdən ibarət olmasıdır.

Sarayın inşasına Toksana hersoqu I Kosimo Mediçi (12 iyun 1519 – 21 aprel 1574) üçün 1560-cı illərdə ofis kimi tikilməyə başlanmışdır. Buna görə adı "uffitsi"dir ("ofislər"). Sarayın memarı isə 1550-ci ildə nəşr olunan "Ən əhəmiyyətli Rəssam, heykəltaraş və memarların həyatı" adlı əsəri ilə incəsənət tarixinin əsasını qoyan Corco Vasari (30 iyul 1511 – 27 iyun 1574) olmuşdur. Onun ölümündən sonra onun işini digər memarlar — Alfonso Parici (ö. 1590) və Bernardo Buontalenti (25 iyul 1536–1608) tərəfindən davam etdirildi və 1581-ci ildə I Kosimo Mediçinin oğlu, Florensiya hersoqu I Fransisko Mediçi (25 mart 1541 – 17 oktyabr 1587) saray tamamlanmışdır. Onun əmri ilə "Tribuna degli Uffizi" və ya "Tribuna Ottagonale" adlı səkkizguşəli platformalar inşa edilmişdir.

1600-cü illərdə II Fransisko Mediçinin həyat yoldaşı Vittoriya della Rovere (7 fevral 1622 – 5 mart 1694) tərəfindən Uffitsinin kolleksiyası zəngiləşdirilmişdir. Daha sonra II Fransiskonun qardaşı Kardinal Leopoldo Mediçinin (6 noyabr 1617 – 16 noyabr 1675) təşəbbüsü ilə moda kolleksiyası üçün salonun inşası başlamışdır. Bu dövrdə arxeoloji əsərlərin də sərgilənməsinə start verilmişdir.

Mediçi sülaləsinin dağıldığı 1737-ci ildə saray üçün böyük dəyişiklik baş vermişdir. Mediçi ailəsinin son varisi və hersoq III Kosimonun qızı Anna Mariya Luiza de Medişi (11 avqust 1667 – 18 fevral 1743) Lorena kralı ilə evlenmek üçün Fransaya köçərkən Ailə paktı (Patto di famiglia) müqaviləsini imzalayaraq saray və kolleksiyasını şəhərə buraxmışdır. Beləcə saray muzeyə çevrilmişdir. Uffitsi muzeyinin rəsmi açılışı 1765-ci ildə olmuşdur.

Bu dövrdə muzeyə Romadan gətirilən arxeoloji əsərlərin sərgiləndiyi Niobe salonu əlavə olunmuşdur.

Sarayın iç həyəti çox uzun və dar olub Arno çayına açılmaqdadır. Muzeyin yaxınlığında isə Ponte Veççio körpüsü yerləşir.

Onun sahib olduğu kolleksiya çox böyük olduğundan əsərlərinin bəzilərə Florensiyadakı digər muzeylərə də göndərilmişdir. Məsələn, heykəllərdən biri Berqallo muzeyinə göndərilmişdir.

1993-cü ildə bomba daşıyan nəqliyyat vasitəsinin partlaması nəticəsində 5 nəfər ölmüşdür. Ən böyük zərər Niobe salona dəymişdir. Heykəllər təmir edilmişdir, amma freskalar bu zaman ziyan görmüşdür.

Müasir dövrdə Uffitsi qalereyası İtaliyada ən çox turist çəkən məkanlardan biridir. Ən çox ziyarət İyul ayına təsadüf edilir. Bəzən bilet almaq növbəsi 5 saat çəkir. Qabaqcadan bilet sifarişi etmək də mümkündür.

2007-ci ilin avqustunda yağan şiddətli yağışlar səbəbi ilə muzeyi sel basmışdır.

Sərgilənən əsərlər

[redaktə | mənbəni redaktə et]