Uilks Torpağı krateri — Antarktidanın Uilks Torpağında buzlağın altında yerləşən diametri 500 km olan nəhəng meteorit krateri.
Uilks Torpağı krateri | |
---|---|
Kraterin diametri | 500 km |
Region | Antarktika Müqaviləsi sahəsi[d] |
|
Bu bölgədə nəhəng kraterin olması fikiri hələ 1962-ci ildə irəli sürülmüşdür. Ancaq GRACE araşdırmalarına qədər bunu təstiqləmək mümkün olmamışdır[1].
2006-ci ildə Rafl fon Freze (Ralph von Frese) və Leremi Potsun (Laramie Potts) rəhbərlik etdiyi GRACE peykindən edilən çəkilişlər zamanı diametri təxmini olaraq 300 km olan halqa aşkarlanır. 2009-cı il araşdırmaları bunun həqiqətəndə zərbə krateri olması təstiqlənmişdir[2].
Buzun altında yerləşməsi ilə əlaqədar onun haqqında hansısa məlumat yoxdur. Bunun zərbə krateri olması təstiqlənsə onda Çiksulub kraterindən 6 dəfə böyük olan zərbə krateri kimi təstiqlənəcəkdir.
Belə fikir vardır ki, 250 mln il öncə baş vermiş perm nəslikəsilə hadisəsinin səbəbkarı bu krater olmuşdur.