Uilyam Ciok

Vilyam Ciok (12 may 1895[1][2][…]28 mart 1982[1][3][…], Berkli, Kaliforniya) — kimya üzrə Nobel mükafatçısı.

Vilyam Ciok
Doğum tarixi 12 may 1895(1895-05-12)[1][2][…]
Vəfat tarixi 28 mart 1982(1982-03-28)[1][3][…] (86 yaşında)
Vəfat yeri
Elm sahəsi fiziki kimya
İş yeri
Təhsili
Üzvlüyü
Mükafatları Kimya üzrə "Nobel" mükafatı

Amerika fiziki kimyaçısı Vilyam Frensis Ciok 1895-ci ilin mayın 12-də anadan olmuşdur (Kanadanın Niaqara-Fols şəhərində). 1920-ci ildə Berklidə Kaliforniya universitetini qurtarmışdır. 1920–1977-ci illərdə həmin universitetdə işləmiş, 1934-cü ildən professor vəzifəsində çalışmışdır. Əsas elmi işləri maddələrin, xüsusi halda olduqca aşağı temperaturlarda kondensləşmiş qazların termodinamiki xassələrinin tədqiqinə həsr olunmuşdur. 1920-ci ildə termodinamikanın üçüncü başlanğıcını təcrübi yoxlanmaq üçün tədqiqatlar aparmışdır. Öz əməkdaşı D. Mak-Duqall ilə birlikdə 1927-ci ildə 1K-dən aşağı temperatur almaq üçün adiabatik maqnitsizləşmə üsulunu və olduqca aşağı temperaturları ölçmə üsulunu yaradır. 1933-cü ildə 0,5K temperatur ala bilir. Eksperimental tədqiqatları elə temperatur intervallarında aparmışdır ki, həmin temperatur intervallarında atomların istilik hərəkətləri praktiki olaraq yoxdur.

Bu da ona imkan vermişdir ki, atomların öz vəziyyətlərindəki keçidlərdə energetik dəyişmələri müəyyən edə bilsin. Həmçinin müxtəlif qazların molekulyar spektrlərini öyrənmişdir. 1929-cu ildə Q. Conston ilə birlikdə oksigenin 17O və 18O izotoplarının mövcudluğunu sübut etmişdir. Ciok 1949-cu ildə "kimyəvi termodinamikaya xidmətlərinə, xüsusən olduqca aşağı temperaturlarda maddələrin hərəkətinin tədqiqinə görə" kimya üzrə Nobel mükafatına layiq görülmüşdür. Ciok 1982-ci ilin martın 29-da Berklidə vəfat etmişdir.

  1. 1 2 3 4 William Francis Giauque // Brockhauz Ensiklopediyası (alm.).
  2. 1 2 William Francis Giauque // Gran Enciclopèdia Catalana (kat.). Grup Enciclopèdia, 1968.
  3. 1 2 William F. Giauque // Store norske leksikon (бук.). 1978. ISSN 2464-1480
  4. 1 2 3 4 NNDB (ing.). 2002.