Uilyam Noks Darsi

Vilyam Noks Darsi (1849, 11 oktyabr – 1917, 1 may) — Brisith Petroleum-un (BP) yaradıcısı, britaniyalı sahibkarvəkil, İranda neft hasilatı və kəşfiyyatı sahəsində lider.[2]

Vilyam Noks Darsi
Doğum tarixi 11 oktyabr 1849(1849-10-11)[1]
Vəfat tarixi 1 may 1917(1917-05-01) (67 yaşında)
Vəfat yeri
Fəaliyyəti iş adamı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Vilyam Noks 1849-cu ildə vəkil ailəsində doğulmuşdur. 1863-1865-ci illərdə Noks Vestminster məktəbində təhsil alır, 1866-cı ildə o, ailəsi ilə birlikdə Kvislend şəhərinə (Avstraliya) köçürlər. Noks hüquqşunaslıq təhsili alır, 1872-ci ildə vəkillik üçün imtahan verir. 1882-ci ildə Noks qızıl çıxarılması üçün sindikat yaradılmasında iştirak edir, daha sonra bu sindikatda hüquqşunas kimi işləməyə başlayır. 1886-ci ildə sindikat Mount Morgan Goldmining Korporasiyası adlı səhmdar cəmiyyətə çevrildi, Darsi isə səhmlərin banilərindən biri. Şirkət tez bir zamanda böyük məbləğlərə imza atır, Vilyam ölkə milyonçuları siyahısına qoşulur.

Vilyam Noks 1906-cı ildə İran petroluna 250.000 £ sərmayə qoyur, lakin bu sərmayə uğursuzluqlarla üzləşdi. İflasa doğru gedən yolda Noks Rotşildlərlə əməkdaşlığa başlayır.

BP şirkətinin əsası 1901-ci ildə Vilyam Noks Darsinin cəhdləri sayəsində qoyulmuşdur. O, İran şahından müsbət cavab aldıqdan sonra qarşısında İranda neft ehtiyatlarının axtarışı və kəşfi ilə məşğul olmaq imkanı açılır. 1909-cu ildə Vilyam Noks tərəfindən İran neftinin hasilatı, kəşfiyyatı və petrol satışı üçün rəsmi British Petroleum (BP) şirkəti yaradıldı. Vilyam Noks ömrünün sonuna qədər BP-də çalışmış, rəhbərlik etmişdir.

1917-ci ildə vəfatından sonra birinci və ikinci evlilikdən olan övladlarına 984,000 £ miras qalır. Vilyam Noks 1917-ci ildə Stenmor, Midlseksdə (Londona yaxın ərazi) vəfat etmişdir.

  1. Lundy D. R. William Knox D'Arcy // The Peerage (ing.).
  2. Abbasi, Sadegh. "Britain's Major Plunder of Iranian Oil in 1903". english.khamenei.ir. 29 August 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 January 2016.