Uimbldon tennis turniri

Rəsmi emblemi

Uimbledon Çempionatı və ya sadəcə Uimbledon, dünyanın ən qədim tennis turnirlərindən biridir və ən nüfuzlu turnir sayılır. Bu dörd Böyük Dəbilqə seriyalı turnirlərdən biridir.

Turnir adətən iyunun sonlarından iyulun ortalarına qədər davam edir, turnirdə tək oyunlarda qadınlar və kişilər mübarizə aparır. Hər il keçirilən bu turnir yeniyetmələr arasında da təşkil edilir. Turnirin ümumi mükafatı 13 milyon 725 min $-dır.

Böyük Dəbilqə seriyalı turnirlərdən olan və bərk kortlarda oynanılan Avstraliya Open və gil kortlarda oynanılan Roland Garros Uimbledon turnirindən əvvəl olur. Bərk kortda oynanılan US Open turniri isə Uimbledon turnirindən sonra başlayır.

Uimbledon tennis turnirinin əsas 5, yeniyetmələr üçün 4 qayda vardır.

  • Tək kişilər
  • Tək qadınlar
  • İkili kişilər
  • İkili qadınlar
  • Miks oyunlar

Yeniyetmə qaydaları

[redaktə | mənbəni redaktə et]
  • Tək oğlanlar
  • Tək qızlar
  • İkili oğlanlar
  • İkili qızlar

Oyunlar tək və ikili kişilərin mübarizəsində beş setdən ibarət olur. Digər oyunlar isə üç setdən ibarət olur. Taybrek isə oyunda qeymlərin hesabı 6-6 olduqda oynanılır.

1922-ci ilədək qalib gələn oyunçu növbəti il artıq final mərhələsindən mübarizə aparmağı qarantiləyir. Yəni seçmə mərhələdə iştirak etməyərək birbaşa finala vəsiqə qazanır. 1922-ci ildən sonra isə qalib olan növbəti il finala vəsiqə qazanmır və bütün seçmə mərhələlərdən keçməyə başlayır.