Uiqan Robin Park FK — İngiltərənin, Böyük Mançester bölgəsinin Uiqan şəhərini təmsil edən yarı-peşəkar futbol klubudur.
Uiqan Robin Park FK | |||
---|---|---|---|
Klubun tam adı | Wigan Robin Park Football Club | ||
Ölkə | İngiltərə | ||
Ləqəb(lər) | Robinlər | ||
Yaranma tarixi | 2005 | ||
Bağlama tarixi | 2015 | ||
Stadionu | Robin Park Arena, Uiqan | ||
Tutumu | 1200 | ||
Prezidenti | Darril Pikton | ||
Baş məşqçisi | Con Nifsi | ||
Liqa | Şimal-qərbi Ölkələr Liqası | ||
2014/2015 | 19 | ||
|
Robin klubu iki vəzifəli şəxs tərəfindən qurulmuşdur. İlk komandası Şimal-qərbi Ölkələrin Futbol Liqasının Birinci Diviziyasında, ehtiyat komandası isə Mançester Futbol Liqasının Dördüncü Diviziyasında mübarizə aparmışdır. Klub öz ev oyunlarını Luara Dairəsində yerləşən və DV Stadionuna bitişik olan Robbin Park Arenada keçirmişdir.
Klubun birinci komandası 2015-ci ilin iyun ayında rəsmən bağlanmışdır.[1]
Robin Park Futbol Klubu 2005-ci ildə yaradılmışdır və Mançester Futbol Liqasının — Şimal-qərbi Ölkələrin Futbol Liqasının şöbəsinin müxtəlif diviziyalarında mübazrizə aparmışdır. 2007-08 mövsümündə Mançester Futbol Liqasının qalibi olduqdan sonra Şimal-qərbi Futbol Liqasının Birinci Diviziyasına vəsiqə qazanmışdır.
Onlar 2011-12 mövsümündə Şimal-qərbi Futbol Liqasının Birinci Diviziyasının qalibi oldular. Bununla da onlar Premyer Liqaya vəsiqə qazandıran Liqalarda mübarizə aparmağa başladılar.[2]
2014-cü ilin yanvar ayında Stiv Hollivell elan etdi ki, Darril Pikton klubun prezidenti kimi onu əvəz edəcəkdir.[3][4]
Şimal-qərb Dairələri Futbol Liqasının Premyer Liqasında iki il mübarizə apardıqdan sonra onlar 2013-14 mövsümünün sonunda Birinci Diviziyaya geri qaytarıldılar.