Ukrayna ədəbiyyatı — ukrayn dilində yazılmış ədəbiyyat[1][2][3]. Bəzi hallarda Ukrayna ədəbiyyatına ukraynalı müəlliflərin başqa dillərdə yazdığı əsərlər də daxildir.
Ukrayna ədəbiyyatı tarixinin başlanğıcı Kiyev Rusu[3] dövrünə təsadüf edir[4].
Rus ədəbi ənənəsi Bizans və Bolqar ədəbi ənənələri ilə sıx bağlı idi. IX əsrdən müasir dövrün əvvəllərinə qədər vahid dil mühitində (kilsə slavyan dili, onun tərcümələri, habelə onlara yaxın milli ədəbi dillər) mövcud olan pravoslav slavyanların ədəbi icması olan Slavia Orthodoxa-nın bir hissəsi və vahid ədəbi fonda malik idi.