Ulduz astronomiyası - astronomiya elmində vacib yerlərdən birini tutur. Bu sahə ulduz sistemlərinin tədqiqi, daxili quruluşlarını, tsiklərini, hərəkətlərini, təkamülünü öyrənir. Əsasən bizim qalaktika tədqiq edilir. Ulduz astronomiyası kainat dumanlıqlarını və uzaq ulduzları öyrənən astrofizikadan fərqlənir. O ümumilikdə kainat obyektləri ilə məşğul olur və özü daha bir neçə istiqamətə bölünür. Ukduz kinematikası, ulduz dinamikası və ulduz statistikası mövcuddur.
Ulduz astronomiyası astrofizika və astrometriya ilə sıx əlaqədə tədqiqat göstərir. Öyrənilən obyektlərin bir sıra xarakteristikaları onlar üçün ümumidir. Məsələn, spektrlərin sinfi, geometrik ölçülər, kütləsi, temperaturu, sıxlığı, fırlanma sürəti, Qalaktikada hərəkət sürəti və s.[1]
Qalaktikadakı ulduzların sayı məsələsində riyazi hesablamalardan istifadə edilir. Bu parametrlərdən asılı olaraq ulduzların qalktikada paylanması prinsipini başa düşməyə kömək edir.
Ulduz astronomiyası öz tədqiqatlarında klassik kinematika və riyazi statistika metodlarından istifadə edir. Bu ulduzların hərəkət qanunauyğunluğunu öyrənməyə kömək edir. Uduzların kinematik ölçülərini və sıxlığını müəyyənləşdirməyə imkan verir.[2][3][4]
Ulduz astronomiyasının əsas sahələrindən biri də dinamikadır. Onun vəzifəsi tədqiq edilən obyektlərin güc sahələrində hərəkətini və yerdəyişmə nəticəsində yaranan təkamülü öyrənməkdir. Ulduzlar sisteminin özü də qravitasiya sahəsinin mənbəyi sayılır.
Ulduz astronomiyasının özü müstəqil elm sahəsi kimi 18-ci əsrdən fəaliyyət göstərir. Onun əsasını ingilis astronomu Gerşel səmanın görünən hissəsində ulduz statistikası ilə qoymuşdur.
Ulduzlar Kainatda ən çox yayılmış göy cisimləridir. İndiyədək bizə məlum olan Kainat obyektərinin kütləsinin 98%-dən çoxu ulduzlara məxsusdur. Günəş də bu ulduzlardan biridir. Beləliklə, ulduzlar işıq və istilik enerjisinə malik olan qaz kürələridir. Əlbəttə, ulduzlar kütlə, radius və işıqlıqlarına və ya temperaturlarına görə bir-birlərindən ciddi fərqlənirlər. Elə ulduzlar var ki, onların radiusları Günəşinkindən yüz dəfələrlə kiçikdir, elə ulduzlar var ki, onların radiusları Günəşinkindən yüz dəfələrlə, min dəfə hətta daha çox böyükdür. Ulduzun kütləsi Günəşinkindən təqribən 80 dəfə böyük və ya 50 dəfə kiçik ola bilər. Nəhayət, elə ulduzlar var ki, onların işıqlığı Günəşinkindən yüz min dəfə böyük, yaxud yüz min dəfə kiçikdir.
Asrtonomlar ulduzun görünən parlaqlığını, spektrini və zamanla səmada mövqeyinin dəyişməsini müşahidə etməklə ukduzların xüsusiyyətlərini, o cümlədən kütlə, yaş, kimyəvi tərkibi, dəyişkənliyi, məsafəsi və kosmosda hərəkətini müəyyən edə bilərlər.