Ulduz xan

Ulduz Xan — türk və altay mifologiyasında ulduz xaqanı. Uldız (Yulduz, Yolduz, Ildız) Xan olaraq da deyilir. Oğuz Xanın səmavi yoldaşından olan oğullarından biridir. Yol göstərici, istiqamət tapan xüsusiyyətləri olan və parlaqlıqları səbəbiylə daim diqqət çəkmiş olan ulduzların simvolik olaraq şəxsiyyətə büründürülməsidir. Bundan başqa ulduzlar yaradılışın başlanğıcını təmsil edir. Onqonu qırğıdır.

(İl/Yıl/Ul/Yul) kökündən törəmişdir. Özbaşına işıq yayan göy cisimi. İşıq yaymaq mənası vardır. İldırım sözü də eyni kökdən gəlir.

Həmçinin baxın

[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]