Ultrametamorfizm

Ultrametamorfizm — metamorfizm prosesinin yüksək temperatur və təzyiqli mərhələsində süxurlar əriyir və onlar maqma halına keçərkən geokimyəvi dəyişikliklər baş verir.[1] Ən yüksək temperatur və təzyiq şəraitində miqmatitlərin əmələ gəlməsi müşahidə edilir və yerin materik qranit qatı formalaşır. Maqmatik təsirdən dəyişilmə nəticəsində əsasi oksidlərin (CaO, MgO) çıxarılması, turş və qələvi (SiO2, К2О, Na2О) komponentlərin əlavə olunması müşahidə edilir. Bu proses nəticəsində Li-Be-K sistemli ultrametamorfik süxurlar yaranır. Onların tərkibində Au və Ag elementlərinin miqdarı yüksək, Ca və Sr isə aşağı qiymətlərinə görə digər maqmatik süxurlardan fərqlənir. K:Mg və Mg:Cr nisbətlərinin stabil qiymətləri ilə yanaşı Li, K, Au və Ag elementlərinin yüksək miqdarları bu proses üçün səciyyəvi geokimyəvi əlamətlər hesab olunur. Mineralların yenidən kristallaşması nəticəsində süxurlar bir sıra geokimyəvi dəyişikliklərə məruz qalır və kimyəvi elementlərdən – Si, Ti, B, Ni, Li, Ag, Au, Pt və s. elementlərin toplanması müşahidə edilir.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. H.L.Mustafabəyli. Geokimya terminlərinin izahlı lüğəti (azərbaycan). Şəki: Kaskad. 2017. səh. 167. ISBN 978-9952-8330-0-3. 2023-07-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-07.