Uluabat gölü, Apolyont gölü və ya Öke gölü — Türkiyənin Bursa ilində, Mustafakamalpaşa ilçəsində yerləşən göl. Cənubi Mərmərə bölgəsində, Bursa şəhər mərkəzindən 34 km uzaqlıqdadır. Sahəsi 13.500 hektardır. Dəniz səviyyəsindən 9 m hündürlükdədir.
Uluabat gölü | |
---|---|
türk. Uluabat gölü | |
| |
Ümumi məlumatlar | |
Mütləq hündürlüyü | 9 m |
Eni | 12 km |
Sahəsi | 135-160 km² |
Dərin yeri | 10 m |
Orta dərinliyi | 2,5 m |
Yerləşməsi | |
40°10′00″ şm. e. 28°35′00″ ş. u.HGYO | |
Ölkə | Türkiyə |
Vilayət | |
Rayon |
|
Yaşayış məntəqəsi | Gölyazı |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Mustafakamalpaşa çayı ilə bəslənir və Uluabat dərəsi ilə Susurluq çayına qarışır. Dayaz göldür.
Göl tektonik fəaliyyətlər nəticəsində ortaya çıxmışdır. Göl şimaldan Neogen dövrünə aid alçaq təpələrlə, cənubdan isə Yura dövründən qalma alçaq dağlarla əhatə olunmuşdur. Uluabat gölünün ətrafında Paleozoik dövrə aid qədim süxurlar da vardır.[1]
Gölün orta dərinliyi 2,5 metrdir. Ən dərin yeri isə Halilbəy adasının yaxınlığındakı 10 metrlik çuxurluqdur.. Dayaz göl hesab olunur. Hətta bəzi yerlərdə dərinlik 1-2 metrə çatır.
Uzunluğu 23-24 metr, genişliyi 12 km-dir.
Sahəsi 135 km2-dir. Yağışlardan sonra gölün sahəsi bəzən 160 km2-ə çata bilir. Göldə kiçik adacıqlar da vardır. 8 ada içərisində ən böyüyü Halilbəy adasıdır. Heybəli ada və Qız adası göldə əhəmiyyətli adalardandır.
Gölün dibi palçıqlıdır.
Gölün ən əhəmiyyətli mənbəyi Mustafakamalpaşa çayıdır.
Mənbə | Maks. Hm3/il | Min. Hm3/il | Ort. Hm3/il |
---|---|---|---|
Mustafakamalpaşa çayı | 2413,45 | 25,14 | 1550,68 |
Yağış | 120,32 | 71,65 | 92,72 |
Göl ayağı | 227,31 | 25,14 | 97,58 |
Səbəb | Maks. Hm3/il | Min. Hm3/il | Ort. Hm3/il |
---|---|---|---|
Göl ayağı | 2531,8 | 392,37 | 1553,2 |
Buxarlaşma | 195,48 | 162,56 | 176,2 |
Sulama | 17,78 | 6,5 | 11,53 |
Bu göldə 1996-cı ilin yanvarında 429.423 su quşu sayılmışdır. Bu say 1970-ci ildən sonra Türkiyədə bir göldə ən böyük saydır.
Əsas növlər (1996-cı il yanvar):
Növ | Say |
---|---|
Böyük qarabatdaq | 600 |
Alaca vağ | 60 |
Ərsindimdiklər | 150 |
Kiçik qarabatdaq | 1078 |
Qıvrımlələk qutan | 136 |
Qırmızıbaş qaraördək | 42.500 |
Kəkilli qaraördək | 13.600 |
Adi qaşqaldaq | 321.550 |
Gölün sahilində dünyada nsəli kəsilmək üzrə olan Clupeonella abrau muhlisi növü yaşayır.
Göldə 21 növ balıq yaşayır.[2]