Bu məqaləni vikiləşdirmək lazımdır. |
Umarkot qalası (Urdu: قِلعہ عُمَرکوٹ ; Sindhi: عمر ڪوٽ جو قلعو) — Sind əyalətinin Umerkot məntəqəsində yerləşən qala.[1]
Amarkot da adlanır. (Urdu: امَرکوٹ ; Sindhi:امرڪوٽ). Moğol imperatoru Humayun şahın Şer Şah Suri tərəfindən məğlub edilməsindən sonra sığındığı Umarkot qalasında oğlu Əkbər (şah) 1542-ci il 15 oktyabr tarixində anadan olub. 1746-cı ildə Nur Məhəmməd Kəlxur adlı Moğol Subahdarı bu ərazidə qala bina etdi. Bir müddət sonra da bu ərazi ingilislər tərəfindən işğal edilib.
Amarkot qalası XI əsrdə Rana Amar Singx tərəfindən inşa edilib. Hindu Racput sülaləsinin hakimiyyəti altında olub.[1]