Urnes kilsəsi

Urnes kilsəsiNorveçin Soqn of Fiyordu vilayətinin Luster bələdiyyəsində yerləşən taxta kilsə.

Urnes kilsəsi
Urnes stavkirke
Xəritə
61°17′53″ şm. e. 7°19′21″ ş. u.HGYO
Ölkə
Tikilmə tarixi XII əsr
Üslubu roman memarlığı
Sahəsi
  • 0,21 ha
Material ağac
Rəsmi sayt fortidsminneforeningen.no/…
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Urnes kilsəsinin tikilməsinə 1050-ci illərdə başlanmış və XIII əsrdə tamamlanmışdır. Norveçdə təqribən 30 ədəd bu cür taxta kilsələrin içində ən qədim olanıdır.

Norveç XI əsrin əvvəllərində Müqəddəs Olav hökmdarlığı dövründə Xristiyanlıqla tanış olmuşdur. Kilsələr klassik dini tikililərin planları daxilində taxtadan inşa edilmişdir. Dənizçilik sahəsində məşhur olan norveçliləri təsirləndirmək məqsədiylə kilsələri bir Vikinq qayığı tərzində inşa edərək insanların öz qayıqları içində ibadət edirlərmiş hissinə sahib olmalarına çalışılmışdır. Kilsələrin damları Skandinaviya ölkələrində yayğın inşaat texnikalarından birisi olan padavra ilə örtülmüşdür (əksərən küknar və ladin ağaçlarından əldə edilən, dam örtüyü olaraq istifadə olunan incə taxta). Kilsələrin bağçaları isə çox vaxt kiçik bir məzarlıq olaraq düzəldilmişdir.

Norveçdə yerləşən 30 ədəd taxta kilsədən Borqund, Hopperstad və Heddal kilsələri büyük, Torpo və Anderdal kimiləri isə olduqca kiçikdir. Urnes kilsəsi bu tərzdəki tikililəri xatırladan xüsusiyyətlərə malikdir. İlk və ən ayırdedici xüsusiyyəti digərlərindən ən az 100 il daha qədim bir keçmişə sahib olduğudur. Kelt sənəti, Vikinq ənənələri və Roma memarlığı isə bir digər önə çıxan xüsusiyyətləridir. Xarici divarlardakı oymalar klassik Vikinq tərzini ifadə edərkən, yarımdairə kəmərlər və silindrik sütunların istifadəsi Roma memarlığının xüsusiyyətidir.

Orta əsr dövrünə aid ibadət əşyalarının zənginliyi bir digər önəmli xüsusiyyətdir. İsa peyğəmbəri, Məryəmi və Müqəddəs Conu ifadə edən bürünc şamdanlar, taxta minbər, şəkillər ilk ağla gələnlərdir. Bununla birlikdə XVII və XIX əsrlərdə aparılan yenidənqurma işləri də əslində xüsusiyyətlərin günümüzə qədər gəlməsində də vacib bir rol oynamışdır.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]