Urotropin (heksametilentetramin, heksamin) — politsiklik amin. Tibbdə beynəlxalq patentlənməmiş metenamin adı ilə tətbiq olunur. Sistematik adlandırmaya görə 1,3,5,7-tetraazotritsiklo[3,3,11]-dekan, tarixi adı isə-urotropindir.
Kimyəvi formulu C6H12N4 Molyar kütləsi 140 q/moldur.
İlk dəfə 1859-cu ildə rus alimi A.M.Butlerov tərəfindən alınmışdır. Ammonyak (4mol) və formaldehidin(6mol) qarşılıqlı təsirindən alınır.Sturukturasına görə adamantana bənzəyir. Lax balıq iyi verən, şirin, 2700C-də sublimasiya edən, ağ kristallik maddədir. Hiqroskopikdir, suda,spirtdə asan həll olur, xloroformda və karbonsulfiddə həll olur, dietil efirdə isə az həll olur. Urotropin rəngsiz, parlaq romboedrik tərzdə etanoldan kristllaşır, vakuumda, demək olar ki, parçalanmadan sublimə edir, suda istilik ayrılmaqla və heksa-hidrat əmələ gətirməklə həll olur. İlıq suda urotropin soyuq suya nisbətən az həll olur, əksinə, qaynar etil spirtdə urotropinin həll olması soyuğa nisbətən çoxdur.
Urotropinin qələvi ilə qarşılıqlı təsirində çox asan aşkar olunan ammonyak ayrılır. Turşularla urotropin suda həll olan kristallik birləşmələr əmələ gətirir. Üzvi turşuların iştirakı ilə hidrogen peroksidlə heksametilen-triperoksiddamin əmələ gətirməklə qarşılıqlı təsirdə olur. Çox yüksək reaksiya qabiliyyətinə malikdir,külli miqdarda duz əmələ gətirir, fenollarla birləşmə məhsulları verir. Yandırıldıqda çox sakit, hissiz yanır: alışandır, lakin partlayıcı deyil. Yanma istiliyi 30,045 MG/kq
Preparat antiseptik effekt göstərir əsasən sidik yollarında həm saf halda, həm də kombinə olunmuş dərman vəsaitlərinin tərkibində tətbiq olunur.(məsələn, kalseks) Saf, təmiz halda daxili və ya damar daxili, duz şəklində tətbiq olunur(hippurat,indiqokarminat və ya komforat) Onun təsir mexanizmi zülal bakteriyalarının denaturlaşdıran və dəriyə aşılayıcı təsirə malik olan sərbəst formaldehidin çıxarılmasına əsaslanır. Bu da heksametilen-tetraminin toxuma xüsusiyyətli fəsaliyyətinə və preparatın nisbi təhlükəsizliyinə səbəb olur. O, yalnız sidiyin turş mühitində fəal formaldehidin ayrılmaqla parçalanır və bununla sididikçıxan yollarının xəstəliyinə səbəb olan bakteriyalara bilavasitə təsir edir. Preparatın təsiri dozadan asılıdır.
Məhlullardan urotropin dəri ilə udula, absorbsiya ola bilər və bu zaman o, bəzi insanlarda aleergiyanı xatırladan dərinin qıcıqlanmasına səbəb olur.