Urusovo (erz. Орозбие[1]) — Rusiya Federasiyası, Mordoviya Respublikası, Ardatov rayonu ərazisində yerləşən kənd.
Urusovo | |
---|---|
55°01′48″ şm. e. 46°15′36″ ş. u. | |
Ölkə | |
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | 431873 |
Kənd Muravlekke çayı sahilində, rayon mərkəzindən 26 km aralıda yerləşir. Ardatov dəmiryolu stansiyası ilə arasında məsafə isə 36 km-dir.
Ad bir antroponimdir. Xristianlığı qəbul edənə qədər mordoviyalılar arasında geniş yayılmış "Urus" ( Oroz ) adı ilə əlaqədardır.
1624-ci ildə Alatır qəzası ərazisində, Novorleyski təpəsində, İvanovo kəndi olaraq qeyd edilir. 1671-ci ildə isə Urusovo kimi qeyd edilmişdir. 1863-cü ilə aid Simbirsk vilayətinin yaşayış məntəqələrinin siyahısında Urusovoda 154 həyət qeydə alınır. Bu dövrdə kənddə 1.357 nəfər yaşayırdı. Kənd ərazisində əsasən çəkməçilik sənayesi olduqca yaxşı inkişaf etmişdir. 1913-cü ilin siyahıya alınmasına görə 271 həyət qeydə alınır. Kəndin ümumi əhalisi isə 2 430 nəfər təşkil etmişdir. Kənddə dini məktəb fəaliyyət göstərmişdir. 1931-ci il siyahıya alınmasına görə isə kəndə 2 284 nəfər qeydə alınır (391 həyət). 1930-cu ildə kənddə Kuybişev adına kolxoz təşkil edilmişdir. 1958-ci ildə kolxozun adı «İnqilab dalğası» (rus. Волна революции), 1991-ci ildən isə «Urusovski» olaraq adlandırılmışdır.
Müasir dövrdə kənddə orta məktəb, tarix-diyarşunaslıq muzeyi, kitabxana, mədəniyyət evi, tibb məntəqəsi, rabitə qovşağı, mağazalar, çörək bişirilən müəsissə, Mixail Arxangel kilsəsi (2000) fəaliyyət göstərir.
2001-ci Ümumrusiya siyahıya alınmasına kənddə 970 nəfər yaşamışdır. Əhalinin hamısı erzyan əsilli olmuşdur. 2016-cı il məlumatına görə isə kənddə 700 nəfər yaşayır.