Ussuriya tritonu

Ussuriya tritonları[2][3], və ya Ussuriya çaynaqlı triton[3], çaynaqlı triton[3] (lat. Onychodactylus fischeri) — Uzaqşərq tritonları cinsinə, Künçdişlilər fəsiləsinə aid triton növü.

Ussuriya tritonu
Elmi təsnifat
XƏTA: parentrang parametrlərini doldurmaq lazımdır.
???:
Ussuriya tritonu
Beynəlxalq elmi adı

Digər adları: ussuriya künçdiş, uzunquyruq çaynaqlı triton, çaynaqlı triton, Ussuriya безлёгочный triton.

Böyük ölçülərə malik tritondur. Uzunluğu 58–90 mm, ümumu uzunluğu isə 125–184 mm təşkil edir. Rəngi əsasən qonur və parlaq-qonur rəngdə olur. Boğaz və quyruq nahiyələrində tünd nöqtələr və ləkələr vardır. Dərisi hamardır. Quyruğu uzun olub, bədənindən adətən uzun olur. Silindrik formaya malikdir. Arxa ayaqlarında beş barmaq olur. Arxa və ön barmaqlarının önündə buynuza bənzərdır.

Ussuriya tritonu iynə yarmaqlı və sidr ağacı ilə zəngin olan qarışıq meşələrdə yaşaylr. Onlara əsasən Rusiyanın uzaq şərqində, Koreyanın şimal-qərbində və Çinin şimal-şərqində yayılmışdır. Onlara əsasən soyuq dağ bulaqlarının meşələrdən axan hissəsində yaşayırlar. Əsasən 10°—12 °C temperaturdan yüksək olmayan ərazilərdə yaşaya bilirlər. İstədiyi anda nəmli sahildə çıxa bilir. Dərisi quruduqda canlı həmən ölür. Onlarda ağçiyər olmadığından dəri ilə nəfəs alır. Əsasən gecə saatları aktiv olur. Təhlükə anında suyun dibinə lildə gizlənir. Əsasən molyusklar və cücülərlə qidalanır.

Tritonlar qrup halında qışlayırlar. Əsasən ağac oyuqlarında, torpaqda olan çatlarda və ya dəliklərdə qışlayırlar. Qışlama oktyabrdan aprelə qədər davam edir. İlkin dövrü 2–3 il davam edir. Yetkinlik yaşına 3–4 ilində çatır. Çoxalma dövrü apreldən avqust ayına qədər davam edir.

Papulyasiyası üçün əsas təhlükə onların yaşadığı ərazilərin insan tərəfindən çirkləndirilməsi və dağıdılmasıdır. Dünya və Rusiyanın Qırmızı Kitabına daxil edilmişdir

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Integrated Taxonomic Information System (ing.). 2005.
  2. Кузьмин С. Л. Земноводные бывшего СССР. — М.: Товарищество научных изданий КМК, 2012. — 2-е изд. — С. 61. — 370 с. — ISBN 978-5-87317-871-1
  3. 1 2 3 Ананьева Н. Б., Боркин Л. Я., Даревский И. С., Орлов Н. Л. Пятиязычный словарь названий животных. Амфибии и рептилии. Латинский, русский, английский, немецкий, французский. / под общей редакцией акад. В. Е. Соколова. — М.: Рус. яз., 1988. — С. 21. — 10 500 экз. — ISBN 5-200-00232-X.

Mənbə[redaktə | mənbəni redaktə et]