Utrext — Niderland Krallığının mərkəzində yerləşən Utrext əyalətinin paytaxtı. Niderland Krallığının dördüncü ən böyük şəhəri olsa da, Amsterdamdan sonra Niderland Krallığının mədəni tədbirlərin ən çox keçirildiyi ikinci şəhəridir.[4]
Utrext | |
---|---|
Utrecht | |
52°05′27″ şm. e. 5°07′18″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Sahəsi |
|
Mərkəzin hündürlüyü | 5 m |
Saat qurşağı |
|
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +31 30 |
Poçt indeksi | 3450–3455, 3546, 3500–3585 |
Digər | |
utrecht.nl | |
Vikianbarda əlaqəli mediafayllar |
2007-ci ilə olan məlumata görə əhalisi 300 030 nəfər olmuşdur.[4]
Bu şəhəri "Avropaya açılan qapı" adlandırırlar.[4]
Şəhərin əsas xüsusiyyətləri çoxsaylı körpülər, əvvəllər anbar rolunu oynayan bir-birinə birləşmiş evlər və ikiyaruslu kanallardır. Hal-hazırda birinci yarusun terrasları restoran, kafe, kanalın özü isə əyləncəli gəzinti üçün fəaliyyət göstərir.[4]
Orta əsrlər şəhəri olan Utrext tarixi abidələri və qədim kilsələri ilə məşhurdur.[4]
Utrext qədim universitet şəhəridir. Burada 1636-cı ildə yaradılmış Utrext Universiteti yerləşir.
Niderland haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |