Utsullar — Çinin cənubunda yaşayan müsəlman xalq.
Çinin Xaynan adasında məskunlaşmışlar. Utsulların sayı 5 minə qədərdir. Çindəki digər etnoslardan fərqli olaraq, bu say elə də çox deyil. Onlar Çin hakimiyyət orqanları tərəfindən müstəqil etnos kimi qəbul edilməyərək, xuey-tszunların tərkibində qeydiyyata alınmışdırlar. Əsasən kənd təsərrüfatı və balıqçılıq sahələrində çalışırlar. Çat dilində danışır və özünəməxsus mədəniyyətə sahibdirlər. İnkişaf etmiş ədəbiyyat və elmə malik olmamaları səbəbindən çinlilər tərəfindən assimlasiya olunmaq təhlükələri ilə qarşı-qarşıyadırlar.