Uunartoq Qeqertoq adası (qren. Uunartoq Qeqertoq) — Qrenlandiyanın şərqində yerləşən yaşayışı olmayan ada. İnzibati cəhətdən Sermersook inzibati vahidliyinə daxildir. 2005-ci ilə qədr yarımada olaraq bilinirdi. Buzlaqların əriməsi ilə əsl mənzərə ortaya çıxmışdır[1].
Uunartoq Qeqertoq adası | |
---|---|
qren. Uunartoq Qeqertoq | |
Ümumi məlumatlar | |
Əhalisi | 0 nəfər (2012-ci il) |
Yerləşməsi | |
71°28′30″ şm. e. 21°50′00″ q. u.HGYO | |
Ölkə | Danimarka |
Region |
|
|
|
Vikianbarda əlaqəli mediafayllar |
2005-ci ilin sentyabrında amerikan araşdırmaşısı Dennis Şmitt müəyyən edir ki, hələ 2002-ci ildə Liverpul Torpağına bitişik olan quru parçası əslində ada imiş[2]. Qalın buz təbəqəsi əvvəllərin bu qurunun nə olmaı haqda fərziyə irəli sürülməsinə maneə idi[3]. Belə düşünülür ki, buz təbəqəsinin bu tezlikdə əriməəsinin əsas səbəbi Qlobal istiləşmədir. Ada W hərfi formasındadır. Adanın əsas hissəsinin uzunluğu 5.5 km, dilləeinin uzunluğu isə 2–3 km arasında dəyişir[4].
nytimes.com saytında Şmittin bu məlumatından sonra[5] Patrik Maykls Ernest Hoferin Arctic Riviera kitabındakı xəritəni əsas gətirərək adanın hələ XX əsrin 50-ci illərində görünməsini bildirərən bunun qlobal istiləşmə ilə əlaqəsinin olmadığını irəli sürmüşdür[6]. Şmitt isə xəritənin düzgün tərtib olumamamsını əsas gətirərək bu fərziyəni inkar etmişdir. Üstəlik peyk şəkillərini buna dəlil olaraq gətirmişdir.
Ada Times Atlas of the World (2011)[7] xəritəsinə salınmışdır. Üstəlik onlar öz xəritələrində Qrenlandiya qalxan buzlağının 12 il ərzində 15 % azaldığını təsvir etmişlər. Bun cavab olaraq isə |National Snow and Ice Data Center atlas tərtib edən mərkəzə öz etirazlarını bildirmiş və əgər bu prosesin baş verəcəyi təqdirdə dünya okeanının 1 metr qalxacağını bildirmişlər. Halbuki son illərdə bu proses baş verməmişdir.