Uylax

Uylax - gecələri çöldə gəzən və ya səfər edən kəslərə müsəllət olduğuna inanılan varlıq. Uylaq da deyilir. Ümumiyyətlə adama adıyla səslənən, lağ edən, sataşan, ürküdücü sözlər edən xəyali varlıqlar olaraq görünürlər. Bütün bu pis hərəkətlərə "uylamaq" deyildiyi üçün; varlığa da "uylax" deyilmişdir. "Uylax"ın qəti bilinən bir forması yoxdur. Dövr döv "cin" inancı ilə əlaqədar görülmüşdür. İnsanların gözünə it, qoyun, pişik və hətta insan kimi canlıların və tabut kimi cisimlərin formasında göründükləri deyilər olmuşdur.

Uylax üzərinə izah edilən anlatılar radio və televiziyanın yayılması ilə azalmışdır. Buna səbəb olaraq isə əyləncə vasitələrinin olmadığı dövrlərdə insanların bu bu hekayələrlə əylənməsi olaraq göstərilməkdədir.

Mənbə[redaktə | mənbəni redaktə et]