Uyuk Turan

Uyuk Turan — Abidə Uyuk çayının sol qolu Turan çayının sağ sahilində Turan kəndi yaxınlığında tapılıb. Tünd qəhvəyi rəngli əhəng daşıdır. Daşın hündürlüyü 255, eni 33, qalınlığı 25 sm-dir. İki enli üzü Orxon-Yenisey əlifbası ilə yazılmışdır. Hər üzündə 3 sətir yazı var. Daşın Şimal üzündə heyvan şəkli də var. Həmin üzdə xaç və yarımdairə də var. Daşın digər üzündə də xaç var. Qədim türklər xristian olmadığı üçün bunlar güman ki damğadır.