1.Uzantı – faylın adında: faylın adını tamamlamaq və ya faylı təsvir etmək məqsədilə onun adına artırılan simvollar yığını. Məsələn, MS-DOS əməliyyat sistemində faylın adı səkkizədək simvoldan, sonra nöqtədən (.) və uzunluğu üçədək olan uzantıdan ibarət olur. Uzantını istifadəçi də verə bilər, proqram da (məsələn, MYDATA.NEW); ikinci halda bu uzantı həmin proqram üçün xüsusi anlam daşıyır. Məsələn, uzantısı BAS olan fayllar, adətən, BASIC dilinin proqramları olur, uzantıları COM və EXE olan fayllar isə MS-DOS sisteminin yükləyə və başlada bildiyi icra (çalışdırılabilən) proqramlardır.
2. Genişləndirmə – hesablama texnikasının müxtəlif (çeşidli) sahələrində bu termin fərqli anlamlar daşıya bilər. Məsələn, o, hər hansı konkret yığına əlavə simvollar artırmaq üçün istifadə olunan kodların istifadə olunan kodların genişləndirilmiş yığını ola bilər. Proqramlaşdırmada genişləndirmə, proqramın imkanlarını artıran və ya onun səmərəliliyini yüksəldən proqram və ya proqram modulu ola bilər.