Uzunköklü leykoaqarikus

Uzunköklü leykoaqarikus (Elmi adı - Leucoagaricus macrorhizus) — IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar"kateqoriyasına aiddir – VU D2. Nadir növdür.

Qısa morfoloji təsviri[redaktə | mənbəni redaktə et]

Meyvə cismi torpaqda inkişaf edir. Papaqcıq 5-8 sm diametrindədir, qalın lətlidir, yarımdairəvi, mərkəzdə enli təpəcikli, bozumtul qəhvəyi, kənara getdikcə kremvari-ağ, əsasən mərkəzdə iri, bozumtul qəhvəyiyə bənzər pulcuqvaridir. Lövhələr sərbəst, kollariuma birləşmiş, papaqcıqdan asan yarılan, ağ, sonradan krem rəngli, quruduğu zaman qəhvəyi rəng alır. Lövhələr arasında müxtəlif ölçüdə lövhəciklər olur. Ayaqcıq 4-10 x 1.5-2sm əsasa doğru nazikləşən və torpaq altında, kökəbənzər çıxıntılıdr. Hamar, ağımtıl, əsasa doğru qəhvəyilşən, ayaqcığın ortasında qıfabənzər ağ halqanın üstü hamar, alt hissəsi dilimlidir. Ləti sıx ağ, havada qəhvəyiləşəndir, xoş ətri və dadı var. Yeməli və ya zəhərli olması məlum deyil. Termofil növdür. [1][2][3][4]

Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri[redaktə | mənbəni redaktə et]

Humus saprotrofudur. Payızda oktyabr-noyabr aylarında park, bağlarda rast gəlinir. [5][3][4]

Yayılması[redaktə | mənbəni redaktə et]

Abşeron ərazisidir (Mərkəzi nəbatət bağında açıq sahə, Novxanı bağlarında qumluqlarda). [4][5][3]

Sayı və tendensiyası[redaktə | mənbəni redaktə et]

Populyasiyasıyanın vəziyətinin və təbii bərpanın ətraf mühitin dəyişilməsindən asılılığı müşahidə olunur. [4][5][3]

Məhdudlaşdırıcı amillər[redaktə | mənbəni redaktə et]

Məlum deyil, çox maraqlı, termofil növdür. [5][3][4]

Mühafizə tədbirləri[redaktə | mənbəni redaktə et]

Tək-tək rast gəlməsini nəzərə alaraq mühafizə edilməsi vacibdir. Yeni bitmə yerlərinin aşkarlanması, biologiya və ekologiyasının ətraflı öyrənilməsi məqsədəuyğundur. [5][3][4]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Васильева Л.Н., 1973;
  2. 2. Sadıqov A.S. 2003;
  3. 1 2 3 4 5 6 "Arxivlənmiş surət". 2017-05-16 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-05-10.
  4. 1 2 3 4 5 6 Azərbaycan Respublikasının Qırmızı kitabı  Nadir və nəsli kəsilməkdə olan bitki və göbələk növləri II nəşr, Bakı-2013
  5. 1 2 3 4 5 Tərtibçilərin məlumatları.