Uzunluq dairəsi — başlanğıc meridianının şərq və ya qərbindəki hər hansı bir nöqtənin açıldığı məsafəsidir.[1][2] Uzunluq dairəsi bir vaxtlar dəniz naviqasiyası üçün böyük maneə törədirdi. XVIII əsrdə ingilis alimi Con Harrisonun yaratdığı saat ilə bu iş həll edilmişdi. XIX əsrdə radionun ixtirası ilə uzunluq dairəsi tarixində böyük dəyişikliyə səbəb oldu. Artıq uzunluq dairəsini bilməklə siqnalı istənilən nöqtəyə göndərmək olurdu. Sonralar radionaviqasiya ixtira olunmuşdur. Hal-hazırda naviqasiyada koordinatı tapmaq üçün Peyk naviqasiya sistemindən istifadə edilir.[3]