Bu məqaləyə hansısa kateqoriya əlavə edilməmişdir. Məqaləyə kateqoriyalar əlavə edərək töhfə verə bilərsiz. |
Qafqaz (Gürcüstan) və Qərbi Avropada təbii halda yayılmışdır.
Uzunsaplaq palıd | ||||
---|---|---|---|---|
Elmi təsnifat | ||||
XƏTA: latin parametri doldurulmayıb. |
||||
Beynəlxalq elmi adı | ||||
XƏTA HAQQINDA MƏLUMAT Bu parametr doldurulmayıb: latin |
||||
|
Samur-Dəvəçi, Kür-Araz düzənliyi, Alazan-Əyriçay dərəsi, Lənkəran və Kür düzənliklərində rast gəlinir.
Azərbaycanın nadir bitkisidir. LC.
Dağ yamaclarında qarışıq meşələrdə çay sahillərindən kə¬narda rast gəlinir.
Arealı genişdir, ancaq fərdərin populyasiyada yerləşməsi seyrəkdir.
Hündürlüyü 40 m olan geniş çətirli ağacdır. Yar-paqları qalın dərivıarı, uzunsov olub, kənarları oyuqvarı qeyri-bərabər də¬rin dilimlidir. Zoğları çılpaq, bozumtul-qəhvəyi rəngdədir. Yarpaqlarının uzunluğu 5-15 sm, eni 5-9 sm, tərs yumurtavarı, uzun-sov olub, uc tərəfdən sıxılmış (daralmış), dərivarı, bərk, üst tərəfdən tünd-yaşıl, çılpaq və ya nazik sıx tüklərlə örtülmüş, oturacaqdan çox da iri olmayan qulaqcığa malik olub, ürəkvarı və ya zəif pazvarıdır. Kənarları oyuqvarı qeyri-bərabər dərin dilimlidir Üç tərəfdən enli, küt, gödək, dilimli, hər tərəfdən 3-7, enli, küt, gödək və ya uzun, forma və ölçücə bir-birinə oxşamayan dilimlərə malikdir. Oyuqların arası yarpaqların eninə görə 1/4-dən 3/4-ə qədər çatır. Yarpaqların saplağı 0,5-1,5 sm uzun-luqdadır. Meyvələr 3-8 sm uzunluqda, yoğun saplaqlar üzərindədir. Qozalar 3-4 sm uzunluqda, dar silindr formalı, çanaqcıqlardan çölə çıxandır. Çanaqcıqlar kasa formalı, yoğun və dərindir. Pulcuqlar qısa, küt, enli üçbucaqşəkilli və ya dairəvi olub, çanaqcıqların ətrafına düzülmüşdür. Çanaqcıqlar və pulcuqlar sıx qonur tüklərlə örtülmüşdür. Çiçəkləməsi yarpaqlanma ilə birgə mart-aprel ayında başlayır. Qozası oktyabr-noyabr aylarında yetişir.
Təbiətdə toxumla çoxalır.
Başlıca olaraq insan fəaliyyətidir.
Mədəni şəraitdə becərilir.
Qəbul edilmiş qoruma tədbiri yoxdur.
Azərbaycanın “Qırmızı Kitabı”na daxil edilməsi tövsiyə olunur.