Uzunsaplaqlı palıd

Qafqaz, Dağıstan, Şərqi Zaqafqaziyada yabanı halda yayılmışdır.

Uzunsaplaqlı palıd
Elmi təsnifat
XƏTA: latin parametri doldurulmayıb.
Beynəlxalq elmi adı
XƏTA HAQQINDA MƏLUMAT
Bu parametr doldurulmayıb: latin

Təbii yayılması:[redaktə | mənbəni redaktə et]

Botaniki təsviri:[redaktə | mənbəni redaktə et]

Hündürlüyü 40 m-ə çatan iri ağacdır. Zoğları bozumtul-qonur rəngli olub, çılpaqdır. Yarpaqların uzunluğu 5-15 sm, eni 5-9 sm, uzunsov, uç tərəfdən sıxılmış (daralmış), dərivari, tərs- yumurtavaridir. Üst tərəfdən tünd yaşıl, çılpaq və ya nazik, sıx tüklərlə örtülmüşdür. Oturacaqdan çoxda iri olmayan qulaqcığa malik, ürəkvari və ya zəif pazvaridir. Kənarları oyuqvari, qeyri-bərabər, dərin dilimlidir. Uc tərəfdən enli, küt, qısa dilimli, hər tərəfdən 3-7, enli, küt, qısa və ya uzun, formalarına görə bir-birinə oxşamayan dilimlərə malikdir. Oyuqların arası yarpaqların eninə görə 1/4-dən 3/4-ə qədər çatır. Yarpaqların saplağı 0,5-1,5 sm uzunluqdadır. Çiçəkləri xırda, bircinsli, birevlidir; erkəkcik çiçəkləri uzun, sallaq sırğalarda, dişicik çiçəkləri tək və ya bir neçə ədəd, oturaq və ya çiçək saplağında yerləşir. Çiçəkləməsi yarpaqlama ilə eyni vaxtda, mart-aprel aylarında başlayır. Meyvələri qalın, uzunluğu 3-8 sm olan ayaqlarda yerləşir. Qozaların uzunluğu 3-7 sm olub, ensiz-silindrikdir. Çanaqcıqlar kasa formalı, yoğun və dərindir. Pulcuqları qısa, küt, enli, üçbucaqlı və ya dairəvi olub, çanaxcıqların ətrafına düzülmüşdür. Çanaqcıqları və pulcuqları sıx, qonur tüklərlə örtülmüşdür. Meyvələri oktyabr-noyabr aylarında yetişir. Toxumla çoxaldılır. Uzunsaplaq palıdın bir çox formaları vardır.

Ekologiyası:[redaktə | mənbəni redaktə et]

İşıqsevən, quraqlığa, soyuğa davamlı və torpağa az tələbkardır. Açıq sahələrdə daha tez meyvə verir. Uzunömürlüdür.

Azərbaycanda yayılması:[redaktə | mənbəni redaktə et]

Samur-Şabran, Kür-Araz ovalığı, Alazan-Əyriçay vadisi, Bozqır sahə, Kiçik Qafqazın cənubu, Lənkəran ovalığında geniş yayılmışdır.

İstifadəsi:[redaktə | mənbəni redaktə et]

Yaşıllıqların salınması üçün əlverişlidir. Yarpaqlarında C vitamini, qabığında aşı maddəsi vardır.

Məlumat mənbələri[redaktə | mənbəni redaktə et]

Azərbaycan Dendroflorası III cild-Bakı:"Elm",2016,400 səh. Arxivləşdirilib 2019-11-17 at the Wayback Machine T.S.Məmmədov

İstinad[redaktə | mənbəni redaktə et]

  • Флoрa Aзeрбaйджaнa. т.5. 1954; Флoрa Kaвkaзa. т.5. 1954;
  • Azərbaycanın ağac və kolları. I cild. 1961;
  • Azərbaycan flora-sının konspekti. I-III cildlər. 2005; 2006; 2008;
  • Tofiq Məmmədov, Elman İsgəndər, Tariyel Talıbov. Azərbaycanın nadir ağac və kol bitkiləri", Bakı: "Elm", 2014, 380 səh