Uzunsovyarpaq südləyəni (Elmi adı - Euphorbia oblongifolia) — IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu “Nəsli kəsilməyə həssas olanlar” kateqoriyasına aiddir –VU D2. Azərbaycanın nadir növüdür. [1][2]
Çoxillikdir, hündürlüyü 30(20)-70 sm-dir. Yarpaqları (üst tərəfindən başqa) qısa saplaqlı, küt-ürəkşəkilli, uzunsov, uzunluğu 3-8 sm-dir. Çiçəklər 5-8 saydadır, qoltuq tumurcuğunda olduğu kimi 1-2 dəfə yarıya bölünmüşdür. Qın yarpaqları uzunsov, sivriləşmiş, uzunluğu 1,5-3,5 sm, yarımdairəvidir. Qədəhcik enli-zıngrovlu, uzunluğu 2-,25 mm, içərisi tükcüklü, qısa-yumurtaşəkilli, qısalmış və kirpikcikli qanadlıdır. Qutucuq yastılanmış yumurtaşəkilli, üç dərinşırımlı və dairəvi qabarıq nöqtə şəklində qanadlıdır. Toxumları dairəvi -yumurtaşəkilli, uzunluğu 2,5-2,8 mm, hamar, bozumtul-qara kiçik çıxıntılıdır.[3]
İyun –iyul (avqust) aylarında çiçəkləyir. Aranda və dağətəyi qurşaqlarda, quru yerlərdə bitir.
Lənkəranın dağlıq hissəsi.
Populyasiyanın sayı azalır, yaşama ərazisi məhdudlaşır, azalma tendensiyası müşahidə olunur.
Antropogen amillər (tapdalanma).
Mühafizəsi üçün xüsusi tədirlər aparılmır, yayılma yerlərində antroogen təsiri azltmaq məqsədi ilə yasaqlılların təşkili, populyasiya səviyyəsində genetik tədqiqi, toxumlarının toxu bankında saxlanılması, bərpasının təmin edilməsi, yeni yayılma yerlərinin axtarılması təklif olunur.
Bu məqalə qaralama halındadır. Lütfən, məqaləni ümumvikipediya və redaktə qaydalarına uyğun şəkildə tərtib edin. Əgər mümkündürsə, daha dəqiq bir şablondan istifadə edin. |