Uzux

Uzuxtürk və altay mifologiyalarında, əfsanələrdə, nağıllarda bəhs edilən nəhəng insanlardı. Uzuğ və ya Uğuz olaraq da bilinirlər. "Ucugulu" və ya "Uzunbuluk" adıyla da xatırlanırlar. Çox qədim dövrlərdə yaşamış, iricüssəli varlıqlardır. Günəş onların sobası olacaq qədər uzun və böyükdürlər. Yeməkləri günəşə qaldırıb elə bişirirər. Nəhəng xalçalar toxuyurlar. Min ildən çox yaşayırlar. Çinar qədər boyları olduğu və üç yüz il yaşadıqlarını da deyirlər. Başı buludlara qədər uzanır. Normal insan boyu ancaq onun topuğu qədərdir. Ölmüş bir uzuxun bir tək sümüyündən böyük bir körpü düzəldilə bilər. Çayları bir addımda keçər. Nuh tufanının suları ancaq onun dizqapağına gəlir. Daha sonra yox olub getmişlər.

(Uz) kökündən ve Uzamaq felindən törəmişdir.