Vüqar Əli

Əliyev Vüqar Əli oğlu ({{DVTY}} şablonu boşdur ) Azərbaycan Respublikasının əməkdar rəssamı

Vüqar Əli
Əliyev Vüqar Əli oğlu
Doğum tarixi (54 yaş)
Doğum yeri Bakı
Təhsili Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbi
Mükafatları "Azərbaycan Respublikasının əməkdar rəssamı" fəxri adı — 2021

Vüqar Əliyev, 16 mart 1970-ci il tarixində Bakı şəhərində anadan olmuşdur. O, 1985-ci ildə Ə. Əzimzadə adına Rəssamlıq məktəbinə daxil olub, 89-cu ildə oranı bitirmişdir. 1991–97-ci illərdə – A. Hüseynzadə adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Sənaye qrafikası fakültəsinin tələbəsi olmuşdur.

Yaradıcılığının əsas prinsipi insanlara gözəllik bəxş etməkdir. 2019-cu ildə I thank the creators of the site and for the active promotion of art in the world. Adi Lasri, İsrael virtual fəxri fərmanı verilib. 2019-cu ildə ANNİA Azəraycan Nar İstehsal və İxracatçıları Assosiasiyası ildönümü münasibətilə Fəxri Üzv medalı və fəxri fərman mükafatlarına layiq görülüb. 10.10.2019 tarixində Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının 3 ili münasibətilə bu Assosiasiyanin fəxri üzvlüyünə saçilmə mərasimi olub. 2019-cu ildə ADMİU, Elvin Quliyevin Lahıc haqqında filminə çəkilmişdir. 2023-cü il, mart ayında Dünya Rəssamları Akademiyasının həqiqi üzvülüyünə seçilib[1].11 dekabr 2023-cü il tarixində Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 100 illik yubileyi ilə əlaqədar Fəxri Fərman almışdır.

Onun əsərləri Türkiyə, Almaniya, Bosniya, Estoniya, Polşa, Norveç, Rusiya və Bolqarıstanda, Xanım Hillari Klintonun şəxsi kolleksiyasında saxlanılır.

İştirak etdiyi sərgilər

[redaktə | mənbəni redaktə et]
  • 1994–2004 – "Azərbaycan bu gün" adlı illik sərgi-müsabiqənin iştirakçısı. Unocal Khazar Ltd və Bakı İncəsənət Mərkəzinin layihəsi.
  • 1995 – Müstəqillik gününə həsr olunmuş sərginin iştirakçısı. "Gələcək nəsil" adlı əsəri ilə.
  • 1998 – Gənclər gününə həsr olunmuş "Gənclik – 98" adlı Respublika sərgisinin iştirakçısı.
  • 1998 – Azərbaycan Reklamçılar Birliyi və Bakı İcra hakimiyyətinin təşkilatçılığı ilə keçirilən "Novruz −98" adlı sərginin iştirakçısı.
  • 1999 – Təsviri İncəsənət Cəmiyyəti və "QİÇS-ə qarşı maarifləndirmə"nin təşkilatçılığı ilə keçirilən " QİÇS-ə qarşı maarifləndirmə" adlı sərginin iştirakçısı.
  • 1999–2001 – Gənclər birliyi və Texaco şirkətinin təşkilatçılığı ilə keçirilən "Ekologiya və biz" illik sərgi-müsabiqənin iştirakçısı.
  • 2001 – Azərbaycan Gənclər birliyinin uyuşdurucu aludəçiliyinə qarşı təşkil etdiyi sərgi-müsabiqənin iştirakçlsl.
  • 2005 – Azərbaycan Rəssamlar İttifaqı və Azərbaycan Respublikası Paralimpiya Komitəsinin təşkil etdiyi "Paralimpiyaçılar" adlı sərgi-müsabiqənin iştirakçısı.
  • 2006 – Azərbaycan Rəssamlar İttifaqı və Azərbaycan Müdafiə Nazirliyinin uyuşdurucu aludəçiliyinə qarşı təşkil etdiyi sərginin iştirakçlsı.
  • 2006 – CARGO Aviasiya Şirkəti və Bakı İncəsənət Mərkəzinin təşkil etdiyi sərginin iştirakçısı.
  • 2007 – İran İslam Respublikasında keçirilən Biennaledə diploma layiq görülmüşdür.
  • 2008 – Muzey Mərkəzinin təşkil etdiyi "Yay vernisajı" adlı sərginin iştirakçısı.
  • 2008 – Muzey Mərkəzinin təşkil etdiyi "Qış harmoniyası" adlı sərginin iştirakçısı.
  • 2009 – Muzey Mərkəzinin təşkil etdiyi – "Mənim şəhərim" adlı sərginin iştirakçısı.
  • 2009 – Muzey Mərkəzinin təşkil etdiyi – "Qadına məhəbbətlə" adlı sərginin iştirakçısı.
  • 2009 – Muzey Mərkəzinin təşkil etdiyi – "Ağ və Qara" adlı sərginin iştirakçısı.
  • 2010 – Azərbaycan Dövlət İncəsənət Muzeyinin təşkil etdiyi "Qadın Ətri" adlı sərginin iştirakçısı.
  • 2010 — Muzey Mərkəzinin təşkil etdiyi – "Bahar fəlsəfəsi" adlı sərginin iştirakçısı.
  • 2010 — Muzey Mərkəzinin təşkil etdiyi – "Kino günü" adlı sərginin iştirakçısı.
  • 2010 — Muzey Mərkəzinin təşkil etdiyi – "Avtoportret" adlı sərginin iştirakçısı.
  • 2011 – FUSİON DOLL I Bakı Beynəlxalq Kukla Biennalisi
  • 2011 — Qəbələ Beynəlxalq Simpoziumu
  • 2011 — "Qış vaxtı" Azərbaycan Rəssamlarının sərgisi. Muzey Mərkəzi.
  • 2012 – 19–25 dekabr "Venesiya Möcüzələri" Azərbaycan Rəssamlarının sərgisi. . Muzey Mərkəzi.
  • 2012 – Milli Olimpiya Komitəsinin 20 illiyi münasibətilə Azərbaycan Rəssamlarının əsərlərindən ibarət "SPORTART"
  • 2012 9–15 oktyabr 2013 – FUSİON DOLL II Bakı Beynəlxalq Kukla Biennalisi
  • 2013 22–28 fevral – "Balıq Bürcü" Azərbaycan Rəssamlarının sərgisi. Muzey Mərkəzi
  • 2013 – "Gözəllik Nuru" 2013 Azərbaycan Rəssamlarının sərgisi. Muzey Mərkəzi
  • 2013 – "NarART" Azərbaycan Rəssamlar İttifaqı
  • 2015 5–12 mart – "Gözəllik Nuru 2105 Azərbaycan Rəssamlarının sərgisi. Muzey Mərkəzi
  • 2015 19 mart – "Kofe ətri" Azərbaycan Rəssamlarının sərgisi. . Muzey Mərkəzi
  • 2015 aprel – TARSUS BEYNƏLXALQ İNCƏSƏNƏT SİMPOZİUMU Turkiyə Tarsus ş.
  • 2015 may – QIZ QALASI BEYNƏLXALQ İNCƏSƏNƏT SİMPOZİUMU Bakı
  • 2015 sentyabr – BOSNİYA və Hersoqoviniya. BEYNƏLXALQ İNCƏSƏNƏT SİMPOZİUMU Sarayevo
  • 2015 sentyabr – ART CONSUL AZƏRBAYCAN "İdman və sağlamlıq" Plener- sərgi.
  • 2015 oktyabr – FUSİON DOLL III Bakı Beynəlxalq Kukla Biennalisi
  • 2017 – ANNIA Azərbaycanda Nar İstehlakçıları Assosiasiyasının təşkil etdiyi Nar sərgisində I yer.
  • 2017 – 12–19 Ocak I Beynəlxalq Türk Dünyası Sənət Simpoziumu. Türkiyə ADANA.
  • 2017 24–28 aprel – Eskişehir Tepebaşı Belediyyəsi VIII ULUSLARARASI SANAT ÇALIŞTAYI
  • 2017 – I Beynəlxalq Art simpozium. Mogilyov. Belarusiya. ART – PROEKT. "MOGİLYOV QONAQLAIN GÖZÜ İLƏ" 28 may – 11 iyun 2017.
  • 2017 2–9 Iyul – I BEYNƏLZALQ SƏNƏT FESTİVALI . TEKİRDAĞ, TÜRKİYƏ
  • 2018 1–4 fevral – I ULUSLARARASI QARA QƏLƏƏM ÇALIŞMASI. Türkiyə, İstanbul.
  • 2018 26.aprel – 6 may – Zeytinli Köşk I Uluslararası Sənət Günləri. / Sığacıq və Urla / İzmir – Türkiyə TARİXƏ TOXUNANLAR
  • 2018 12–19 aprel – I Beynəlxalq Art Simpozium. Özbəkistan
  • 2018 20–29 İyul – II BEYNƏLZALQ SƏNƏT FESTİVALI . TEKİRDAĞ, TÜRKİYƏ.
  • 2018 Fevral – ADMİU Layihə "TEATR RUHU"
  • 2018 – İyun ADMİU DİPLOM LAYİHƏSİ. "Sükutdan zövq alın", "Günəşli səhərim"
  • 2019 – Kiprdə "Yakln Dogü Universitetinin keçirdiyi Beynəlxalq Sənət simpoziumu.
  • 2019 – Bodrumda keçirilən Beynəlxalq Simpozium.
  • 2019 – Türkiyənin Tekirdağ vilayətində III Beynəlxalq Sənət festivalı.
  • 2019 – ADMİU da müəllimlərin hesabat sərgisi.
  • 2020 – ADMİU da keçirilən COVİD 19 ÜMİD 20 adlı plakat sərgisi
  • 2020 – ADMİU da keçirilən Şanlı Azərbaycan əsgəri adlı plakat sərgisi
  • 2019 oktyabr – ADMİU, EXPO Tədris sərgisinin Tərtibat işləri.
  • 2019 – Vaqif Səmədoğlunun yaradıcılıq gecəsinin Plakat və dəvətnamə dizaynı
  • 2019 – "Həyatın Rəngləri" Rəşad Cabarovun fərdi yaradıcılıq sərgisinin tərtibatı. Plakat, Dəvətnamə, Buklet, Video-çarx.
  • 2021 noyabr – ADMİU "Zəfər" sərgisi. Rəssam müəllimlərin əsərlərindən ibarət sərgi.
  • 2022 – Dahi Azərbaycan şairi və mütəffəkiri Şeyx Nizami gəncəvinin 880 illiyi münasibətilə "İnci tək sözlər" 5 lik rəsmlərinin təqdimatı. ADMİU.
  • 2021 – Ağdama səfər. Plener. Heydər Əliyev fondu. Muzeyə 3 əsər.
  • 2022 – Şuşada sənət festivalı. Heydər Əliyev fondu. 2 əsər. Şuşa mənzərələri.
  • 2022 – Dahi Azərbaycan bəstəkarı Qara Qarayevin Ömər Xəyyamın rübailərinə yazılan romanslar əsasında "Rübailər" əsərlərinin təqdimatı. Qara Qarayevin ev muzeyi.
  • 2021 – 16 oktyabr Azərbaycan Respublikaslnln Prezidentinin sərəncamı ilə Azərbaycan Respublikasının Əməkdar Rəssamı fəxri adına layiq görülmüşdür.
  • 2023 – Sentyabr. USART və UNİART -ın təşkil etdiyi 30 avqust Türk Cümhuriyyətinin Zəfər günü münasibətilə beynəlxalq sərgi.
  • 2023 – Sentyabr. USRT və UNİART -ın təşkilatçılığı ilə Dünya barış gününə həsr olunmuş "Rənglərin qardaşlığı" adlı onlayn Beynəlxalq sərgi.
  • 2023 – ARTANKARA 9. Uluslararası Çağdaş sanat fuarı adlı beynəlxalq sərgi. . sərgi kataloq.
  • 2023 9–12 mart – İstanbul Aydın Universiteti, Azərbaycan Dövlət rəssamlıq akademiyası. Beynəlxalq "H. Əliyevin 100 illik yubileyinə həsr olunmuş 100 sənətçi 100 əsər adlı sərgi. Bakı H. Əliyev mərkəzi.
  • 2023 – Beynəlxalq Art Residence CH. KALPAK . Beynəlxalq rəsm festivalı. Türkiyə, Şarköy, Tekirdağ.
  • 2023 noyabr – "Butalı" ipək şirkətinin Rəsm əsərləri ipəkdı" layihəsi. Müasir İncəsınət qalereyası. İçərişəhər.
  • 2023 – Bakı Fotoqrafiya evində "İçərişəhərin həyatı" adlı foto müsabiqə. (iki işlə iştirak.)
  • 2023 23 noyabr – ADMİU-nun 100 illik yubileyinə həsr olunmuş "Yüzi ilin rəngləri" adlı rəsm sərgisi.
  • 2023 26 noyabr – "QURAMA" sərgisi. İçərişəhər Muzey mərkəzinin təşkilatçılığı ilə. Bakı fotoqrafiya evi.
  • 2023 18 sentyabr – Zaman qalereyası. Qarpız sərgisi.

Fərdi sərgiləri

[redaktə | mənbəni redaktə et]
  • 2010 – 14 sentyabr "Park Cafe"də keçirilən "Zirvəyə Doğru" adlı fərdi sərgi. Sərginin sponsoru: Park Cafe. Təşkilatçı: 2N Joy.
  • 2016 23 oktyabr – JAZZ COLORS fərdi Yaradıclliq Sərgisi
  • 2019 – "Rənglərin Ritmi" fərdi yaradıcılıq sərgisi. 04.10.2019. Müzey Mərkəzi.
  • 2023 2 noyabr – "DASTAN" adlı fərdi yaradıcılıq sərgisi. Q. Gallery.
  1. "Vüqar Əli və Cəsar Məmmədov YUNESKO yanında Beynəlxalq Rəssamlıq Akademiyasının həqiqi üzvləri seçiliblər". Doğru Xəbərlər (az.). 2023-05-09. 2023-05-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-10.