Vüqar Abdurahmanov

Vüqar Abdurahmanov — riyaziyyat üzrə fəlsəfə doktoru, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialının baş müəllimi.

Vüqar Abdurahmanov
Abdurahmanov Vüqar Əbülfət oğlu
Doğum tarixi (52 yaş)
Doğum yeri Şəki, Azərbaycan
Vətəndaşlığı Azərbaycan
Elmi dərəcəsi riyaziyyat üzrə fəlsəfə doktoru
İş yeri Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialı (baş müəllim)
Təhsili S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti/Məmmədəmin Rəsulzadə adına Bakı Dövlət Universiteti, mexanika-riyaziyyat fakültəsi (1989–1994)

29 may 1972-ci il tarixdə Şəkidə anadan olub.

1978 – 1988-ci illərdə Qoxmuq kənd orta məktəbində,

1989 – 1994-сü illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin/Məmmədəmin Rəsulzadə adına Bakı Dövlət Universiretinin mexanika-riyaziyyat fakültəsində təhsil alıb.

Elmi Fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

2011-ci ildə “Markov zəncirinin trayektoriyasinin səviyyəyə birinci dəfə çatma anları üçün limit teoremləri və onların tətbiqləri” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib.

2-si xaricdə olmaqla çapdan çıxmış 42 elmi əsərin müəllifidir.

2021-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Elmi Şurasında doktorluq işinin mövzusu təsdiq olunub.

Əmək Fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

2004 – 2009-cu illərdə Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialında müəllim,

2009 – 2015-ci illərdə isə baş müəllim vəzifəsində çalışıb.

2014 – 2020-ci illərdə həm də AMEA Şəki Regional Elmi Mərkəzinin elmi katibi olub.

2015-ci ildən Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialında baş müəllimdir.

https://science.gov.az/az/forms/doktora-filosofii-shekinskogo-rnts/2770 (#bare_url_missing_title). İstifadə tarixi: 3 avq 2024.