Vüqar Biləcəri (tam adı: Vüqar Zakir oğlu Paşayev; 24 avqust 1988, Bakı – 29 avqust 2020, Bakı) — Azərbaycan meyxanaçısı.
Vüqar Biləcəri | |
---|---|
Vüqar Zakir oğlu Paşayev | |
Ümumi məlumatlar | |
Ləqəbi | Əruzun şahı |
Doğum tarixi | 24 avqust 1988 |
Doğum yeri | |
Vəfat tarixi | 29 avqust 2020 (32 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | Qanqren |
Dəfn yeri | Hökməli qəbiristanlığı |
Vətəndaşlığı |
SSRİ Azərbaycan |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | Meyxanaçı, Qəzəlxan |
Fəaliyyət illəri | 2004–2020 |
Janr | Meyxana |
Təhsili | Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti |
Vüqar Paşayev 24 avqust 1988-ci ildə Bakıda doğulub. Atası yük maşını sürücüsü olub. Uşaqlıq və yeniyetməlik illərində məşğul olduğu güləş naminə Vüqar təvəllüdünü bir yaş kiçildib. 2004-cü ildə "De, Gəlsin!" meyxana yarışmasında iştirakı ilə tanınmışdı.[1] O, daha çox dini qəzəl, şeirləri ilə, əruz vəznini gözəl bilməsi ilə seçilirdi.[2]
Sağlığında xeyli qəzəl və şeir müəllifi olan Vüqarın kitabları o, dünyasını dəyişdikdən sonra dostları və yaxınları tərəfindən işıq üzü görmüşdür.
Bir bacısı, bir qardaşı olub, evlənməyib.
2020-ci il avqustun 29-da uzun sürən qanqren xəstəliyindən sonra öldü.[3] Hökməli qəbiristanlığında dəfn edilib.[4][5][6]
Şəxs və ya bioqrafiya haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |