Vüqar Məmməd oğlu Oğlu Həsənov — Azərbaycanlı şəhid.
Vüqar Həsənov | |
---|---|
Vüqar Məmməd Oğlu Həsənov | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Gəncə şəhəri |
Vəfat tarixi | (18 yaşında) |
Vəfat səbəbi | Şəhid |
Vətəndaşlığı |
SSRİ → Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Rütbə | Əsgər |
Döyüşlər | Qarabağ müharibəsi |
Həsənov Vüqar Məmməd oğlu 9 sentyabr 1975-ci ildə Gəncə şəhərində anadan olmuşdur. O, 18 nömrəli orta məktəbin 8-ci sinfini bitirdikdən sonra təhsilini texniki-peşə məktəbində davam etdirmiş və sürücülük peşəsinə yiyələnmişdir.[1]
Vüqar Həsənov 11 oktyabr 1993-cü ildə Kəpəz Rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılmışdır. O, 171 saylı hərbi hissənin tərkibində vətənin müdafiəsinə qatılmış, Gədəbəy rayonunun Saratovka-İvanovka kəndlərinin müdafiəsində qəhrəmanlıq göstərmişdir. Həsənov Vüqar Məmməd oğlu 13 iyun 1994-cü il tarixdə Daşkəsən rayonunun «Ağ qaya» adlanan sahəsində gedən qızğın döyüşlərin birində erməni gülləsinə tuş gəlmiş, onun cəsədi qırx gün düşmənin işğal etdiyi ərazidə qalmış, nəhayət, avqust ayında hörmət və ehtiramla Gəncə şəhərinə gətirilərək Şəhidlər Xiyabanında dəfn edilmişdir.