Vüqar Əhməd oğlu Məmmədəliyev (23 fevral 1975) — Aktyor.
Vüqar Məmmədəliyev | |
---|---|
Vüqar Əhməd oğlu Məmmədəliyev | |
Doğum tarixi | |
Doğum yeri | Sumqayıt |
Fəaliyyəti | Aktyor |
Vüqar Məmmədəliyev 23 fevral 1975-ci ildə Sumqayıtda anadan olmuşdur. 1997-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Dram və kino aktyorluğu fakültəsini bitirib. 1995–1999-cu illərdə Azərbaycan Dövlət Gənclər Teatrında, 1999–2000-ci illərdə "İlham" Miniatür teatrında aktyor vəzifəsində işləmişdir. 2006-cı ildən Bakı Kamera Teatrının, 2009-cu il oktyabr ayının 1-dən Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrının aktyorudur.
Dram və kino aktyorudur. Bir neçə film, serial, klip və reklamlarda rol almışdır. Evlidir.
1. Lizandr – ("Yay gecəsində yuxu", V. Şekspir)
2. Əsgər — ("Meron", V. Şekspir)
3. Dəli – ("Ağıllı adam", V. Şekspir)
4. Şər – ("Xeyir və şər", V.Şekspir)
5. Radriqo – ("Otello", V. Şekspir)
6. Oğlu – ("Məndən nigaran qalmayın", İ. Məlikzadə)
7. Satıcı – ("Karnaval və yaxud şifonerdə eşq məhəbbət", İ. Məlikzadə)
8. Aydın- ("Mən qartalam", İ. Məlikzadə)
9. Bilat – ("Arvadımın əri", G. Xudayev)
10. Rauf – ("Müasir toy", G. Xudayev)
11. Əyyaş – ("Bəxtimin kələyi", G. Xudayev)
12. Şeyx Mərvan – ("Şeyx Sənan", H. Cavid)
13. Petya Terafimov – ("Albalı bağı", A. Çexov)
14. Ferdinant – ("Məkr və məhəbbət", F. Şiller)
15. Aparıcı – ("Məkkəyə yol", C. Məmmədquluzadə)
16. Mirzə Cavad – ("Aydın", C.Cabbarlı)
17. Şub – ("Ələddinin sehrli çırağı", N.Kazımov)
18. Zaxarius – ("Şelkunçik" E.T.A.Hofman)
19. Monks — ("Oliver Tvistin macəraları" Ç.Dikkens)
20. Paris — ("Romoe və Cülyetta" U.Şekspir)
21. Şuşara – ("Buratinonun macəraları" A.Tolstoy)
22. Tomas Hənlon – ("Konnemarada bir kəllə" M.Makdonax)