Vüqar Qurbanov — Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin İcraçı direktoru[1]
Vüqar Qurbanov | |
---|---|
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyininin icraçı direktoru | |
Vəzifədədir | |
8 sentyabr 2022-ci il | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Vətəndaşlığı | Azərbaycanlı |
Təhsili | Azərbaycan Tibb Universiteti |
İxtisası | Müalicə işi |
Fəaliyyəti | dövlət rəsmisi |
Vüqar Qurbanov 1977-ci ildə anadan olub. 1994-cü ildə orta məktəbi fərqlənmə attestatı ilə, 2000-ci ildə Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsini bitirib. 2001–2003-cü illərdə təhsilini Türkiyə və Rusiyada davam etdirmiş və aspirantura təhsili almışdır. Beynəlxalq və yerli elmi konqreslərdə məruzəçi kimi çıxış etmişdir.
2000–2001-ci illərdə 5 nömrəli Şəhər Klinik Xəstəxanasında nevrologiya ixtisası üzrə həkim-intern, 2001–2016-cı illərdə həkim-nevroloq kimi fəaliyyət göstərib. 2016–2018-ci illərdə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İcbari tibbi sığorta şöbəsinin müdiri və 2018-ci ildən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi iddialar departamentinin rəhbəri kimi çalışıb. 2021–2022-ci illərdə TƏBİB-in İdarə Heyətinin sədri vəzifəsini icra edib.[2] 8 sentyabr 2022-ci ildə TƏBİB-in icraçı direktoru təyin edilib[3][4]