Vüsalə Ağarazıyeva


Vüsalə Naib qızı Ağarazıyeva (d. 12 iyul, 1990, Bakı) – Azərbaycan rəssamı, keramist, Azərbaycanda üçölçülü monumental küçə rəsmini yaradan ilk müasir sənətkar.[1][2]

Vüsalə Ağarazıyeva
Doğum tarixi (33 yaş)
Doğum yeri Bakı, Azərbaycan
Milliyyəti azərbaycanlı
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Fəaliyyəti rəssam
Təhsili Azərbaycan Dövlət Rəssamlıq Akademiyası

Həyatı[redaktə | mənbəni redaktə et]

Vüsalə Ağarazıyeva 12 iyul 1990-cı ildə Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında keramika üzrə bakalavr və magistr təhsili almışdır. Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. Azərbaycanda və xaricdə bir sıra qrup və fərdi sərgilərdə onun rəsmləri, instalyasiyaları və video sənətləri nümayiş olunmuşdur.[3] 2012-ci ildən başlayaraq V. Ağarazıyevanın yaradıcılıq emalatxanası Bakıda, İçərişəhərdə yerləşir.[4]

Yaradıcılığı[redaktə | mənbəni redaktə et]

  • 2017-ci ildə Bakının qədim İçərişəhər divarlarında üçölçülü (3D) monumental rəsm əsəri təsvir edərək ölkəmizdə belə üsulda monumental küçə rəsmini yaradan ilk sənətkar oldu. Bununla da burada mural art sənətinin inkişafının təməli qoyuldu.[5][6] [7]
  • 2017-ci ildən 2021-ci ilədək ideya müəllifi və rəssam kimi çalışaraq, komandasının rəssamları Daşqın Bayramov və Ağayar Barışov ilə birlikdə paytaxtın mərkəzi küçələrində və ölkənin bölgələrində fərqli monumental rəsmlər yaratdılar. Bu işlər görünüş və texniki ustalıq baxımından diqqət cəlb edir və ölkələrdə mural art sənətinin uğurlu və tanınan nümunələri sayılır. Rəsmlər Xəzərin qoynunda yerləşən qədim şəhərin rənglərini, fərqli atmosferini vurğulayaraq bu torpağın tarix və mədəniyyətinə dərin hörmət və məhəbbət ifadə edirlər.[8] [9]
  • 2020-ci ilin oktyabrında Ermənistan tərəfindən işğal olunan Qarabağ və 7 bölgədə aparılan müharibə ilə əlaqədar "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin dəstəyi ilə "qədim" şəhərin mərkəzi girişindəki ("Qoşa Qala") divarının üzərində bayrağın üç ölçülü təsvirini yaratdı. Müsahibələrdə dəfələrlə qeyd etdiyi kimi, bu istəyi yerinə yetirmək tarixin bu cür əhəmiyyətli və dönüş nöqtəsində Vətənin və həmvətənlərinin dəstəyi üçün bir rəssam tərəfindən seçilən addım idi.[10] [11]
  • 2020-ci ilin noyabr-dekabr aylarında Gazelli art house Bakı qalereyasının “Evə qayıdış yolu” xeyriyyə sərgisi üçün metal və ağacdan hazırladığı "We are one” (“Biz birik”) kompozisiyası ilk sırada satılan və müəllifə yeni uğur gətirən əsəri oldu. Həmin kompozisiyada rəssam Azərbaycanın azad edilmiş yeddi bölgəsinin və Dağlıq Qarabağın ərazi xəritələrini fərqli naxış və rənglərlə təsvir etmişdir. Beləliklə, müəllif, onların hər birinin fərdi gözəlliyini və əhəmiyyətini vurğulayaraq, vahid ərazi və birlik konsepsiyasını işin adında və kompozisiyanın quruluşunda göstərmişdir. İşin satışından əldə olunan gəlir isə bütövlüklə İkinci Qarabağ müharibəsində şəhid olanların ailələrinə köçürülmüşdür.[12]
  • 2018-ci ildə Azərbaycanda yeniyetmələrə yaradıcılıq potensiallarını üzə çıxarmaq, inkişaf etdirmək və bacarıqlərını həm özləri, həm cəmiyyət üçün düzgün istifadə etmək məqsədi ilə yaradılan YARADAN ictimai təşkilatının həmtəsisçisidir.[13] Təşkilat tərəfindən həyata keçirilən “Yaradan uşaqlar” layihəsi çərçivəsində aztəminatlı ailələrdən, uşaq evlərindən, o cümlədən sağlamlıq imkanları məhdud olan yeniyetmələrlə rəsm müəllimi kimi çalışır.[14]
  • 2021-ci ildə İstanbulda, Türkiyə Respublikası Tennis Federasiyası nəzdindəki TAJSPOR (Tacspor) tennis klubunun dəvəti ilə beynəlxalq "Qarabağ" tennis turnirinin çempionları üçün kubokların dizaynı və istehsalını həyata keçirmişdir.
  • 2017-ci ildə Nigar Rzayevanın "Yaradan" bədii kitabı rəssam V. Ağarazıyevaya həsr edilmişdir[15] [16]
  • 2021-ci ildə limitli sayıda "Qala" adlı etno şahmat yaratmışdır[17] [18]

Sərgiləri və Layihələri[redaktə | mənbəni redaktə et]

  1. 2008 “Almaniya azərbaycanlı rəssamları gözüylə” sərgisi. Almaniya səfirliyi.
  2. 2013 Pol Qoldvelin master klaslarının yekun sərgisi. “Yarat”. İçəri şəhər.
  3. 2014 “Xocalı” sərgisi. Azərbaycan Dövlət Rəssamlıq Akademiyası.
  4. 2014 Azərbaycan rəssamlarının sərgisi. Azərbaycan Respublikasının dövlət incəsənət muzeyi.
  5. 2014 “Seçim” fərdi sərgi. “Kiçik qala” qalereyası. İçəri şəhər.
  6. 2014“Ənənəvi sənətin evolyusiyası” müasir sənət sərgisi. Müasir incəsənət mərkəzi. İçəri şəhər. 2015 “Düymə” fərdi sərgi. “Kiçik qala” qalereyası. İçəri şəhər.
  7. 2015 Divar üstü rəsm və rebrendinq. Bakı Kristal Zalı.
  8. 2016 “Sırğa olsun” müasir sənət sərgisi. Müasir incəsənət mərkəzi. İçəri şəhər.
  9. 2016 “Mühit” müasir sənət sərgisi. “Artım” Yarat. İçəri şəhər.
  10. 2016 “Absurd” müasir sənət sərgisi. “Artım” Yarat. İçəri şəhər.
  11. 2016 Divar üzrə monumental rəsm. “Bəylər” məsçidinin yanı. İçəri şəhər.
  12. 2017 “Novruz bayramı” sərgisi. Qız qalası. İçəri şəhər.
  13. 2017 “Qız qalası” İllik sərgi. Qız qalası. İçəri şəhər.
  14. 2017 “Baku Photo 2017” foto müsabiqəsinin finalisti. “Zəncirli”. İçəri şəhər.
  15. 2017 “Cartier” zərgərlık evinin müsabiqəsinin qalibi. “YAY” qalereyası. İçəri şəhər.
  16. 2017 “Yaradan” layihəsi. “Qasımbəy hamamı”. İçəri şəhər.
  17. 2018 Azərbaycanın UNESCO-ya üzvlüyünün 25 illiyi münasibətilə keçirilən sərgi. "Muğam klub". İçəri şəhər.
  18. 2018 Divar üzrə monumental rəsm. Mərkəz. İSR PLAZA-nın arxa küçəsi.
  19. 2018 Divar üzrə monumental rəsm. 171 №-li məktəb.
  20. 2018 Divar üzrə monumental rəsm. Axundov bağının yanındakı arxitektur bina.
  21. 2018 Azərbaycan Demokratik Respublikasının 100 illik yubileyinə həsr olunmuş “1918” adlı sərgi. Qazelli Art House.
  22. 2018 “Yenə o bağ olaydı” İtalyan rəssamı Mikelancelo Pistoletto və yerli rəssamların səyyar sərgisi.
  23. 2018 “Jazz” adlı sərgi. Azərbaycanın Beynəlxalq Muğam Mərkəzi.
  24. 2018 Nəsimi festivalı. Divar üzrə rəsm. Içəri şəhər.
  25. 2019 Divar üzrə monumental rəsm. ADA Universiteti.
  26. 2019 Divar üzrə rəsm. Qəbələ rayonu.
  27. 2020 "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəssamlara və koronavirusa qarşı mübarizə tədbirlərinə dəstək olmaq məqsədi ilə keçirilən incəsənət-xeyriyyə layihəsi
  28. 2020 “Kırlanğıc Azerbaijan” xüsusi art etiketlərin hazırlanması
  29. 2020 Divar üzrə monumental rəsmlər. Azərbaycan nağıllarından miniatyurlar və Azərbaycanın dövlət bayrağı. Içəri şəhər.
  30. 2020 “Evə aparan yol” xeyriyyə sərgisi. Qarabağ və 7 rayonlarımız uğrunda şəhid olan əsgərlərin ailələrinə yardım məqsədiylə keçirilən xeyriyyə satış sərgisi. Gazelli art house.
  31. 2020 ”We are one” - ağac və metaldan kompozisiya. “Qarabağ Azərbaycanındır” layihəsi xeyriyyə sərgisi. Içəri şəhər.
  32. 2021 "Qarabağ" beynəlxalq tennis turnirinin çempionları üçün kubokların dizaynı və istehsalı (150 ədəd). İstambul. Türkiyə Respublikası Tenis Federasiyası, TAJSPOR (Tacspor) tennis klubu.
  33. 2021 "Qala" etno üslublu şaxmatın təqdimatı. Handicraft Bakı.
  34. 2021 "Xarı bülbül" adlı divar üzrə monumental rəsm. “Bəylər” məsçidinin yanı. İçəri şəhər.


Tanınan əsərləri[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]


İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Arxivlənmiş surət". 2021-12-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-09.
  2. "Arxivlənmiş surət". 2021-12-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-09.
  3. "Arxivlənmiş surət". 2021-12-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-09.
  4. "Arxivlənmiş surət". 2021-12-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-09.
  5. "Arxivlənmiş surət". 2021-12-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-09.
  6. "Arxivlənmiş surət". 2022-04-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-09.
  7. "Arxivlənmiş surət". 2021-12-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-09.
  8. "Arxivlənmiş surət". 2022-04-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-09.
  9. "Arxivlənmiş surət". 2021-10-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-09.
  10. "Arxivlənmiş surət". 2021-12-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-09.
  11. "Arxivlənmiş surət". 2021-12-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-09.
  12. "Arxivlənmiş surət". 2021-12-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-09.
  13. "Arxivlənmiş surət". 2021-12-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-09.
  14. "Arxivlənmiş surət". 2022-01-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-09.
  15. "Arxivlənmiş surət". 2021-12-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-09.
  16. "Arxivlənmiş surət". 2021-12-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-09.
  17. "Arxivlənmiş surət". 2021-12-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-09.
  18. "Arxivlənmiş surət". 2021-12-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-09.