Vüsalə Kərimova (jurnalist)

Vüsalə Vaqif qızı Kərimova — Azərbaycan jurnalisti, telejurnalist, "SOY" prodakşnın hazırladığı və "Space" televizyasında yayımlanan "Gün aydın" verlişinin aparıcısı.

Vüsalə Kərimova
Doğum tarixi (45 yaş)
Doğum yeri Almalı, Qax rayonu, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı
Milliyyəti azərbaycanlı
Fəaliyyəti jurnalist

Həyatı[redaktə | mənbəni redaktə et]

Vüsalə Kərimova 25 oktyabr 1977-ci ildə Qax rayonunun Almalı kəndində anadan olub. İxtisası - telejurnalistdir. İlk televiziya fəaliyyətinə 1996-cı ildə Azərbaycan Dövlət Televiziyasının 1-ci kanalında «Manevr» hərbi proqramından başlayıb. Eyni zamanda dövrü mətbuatda da sosial, siyasi, mədəni və digər sahələri əhatə edən məqalələri işıq üzü görüb. Daha sonra "Sara" televiziyasında "Ana xəbər"i aparıb, "Lider" və "Space" kanallarında qısa müddətdə bir sıra verilişlərdə çalışıb. Daha sonra 5 il ATV telekanalında "Ana xəbər" bülletenini təqdim edib[1].

Sonra Azərbaycanda fəaliyyət göstərən bir neçə televiziya kanalında müxtəlif sahələrdə fəaliyyət göstərib. 2001-ci ildən etibarən isə yalnız «Xəbər» sahəsində çalışır. İctimai Televiziya və Radio Yayımları Şirkətinin «İnformasiya» departamentinin direktor müavini və «Carçı» informasiya proqramının aparıcısı kimi çalışıbdır. Araz radiosunun baş redaktoru və MUZ TV-nin icraçı direktoru kimi işləyib. Hazırda isə "SOY" prodakşnın hazırladığı və "Space" televizyasında yayımlanan "Gün aydın" verlişinin aparıcısıdır.

Ailəldir, bir oğlu var[2].

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Könül İbrahim. ""Atamı heç vaxt bağışlamayacam. O, həyatımda artıq insandır"". Vətəninfi.az (az.). veteninfo.az. 10/07/2012 11:04. 2012-07-13 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-09-17.
  2. "Azərbaycanlı teleaparıcı "Qalatasaray"lı oğlu ilə - FOTO". Milli.az (az.). pda.milli.a. 13.01.2014, 18:52. İstifadə tarixi: 2014-09-17.[ölü keçid]