Vüsal Səmavi

Vüsal Rzayev (Vüsal Səmavi) (d. 2 fevral 1968, Naxçıvan) — Azərbaycan aktyoru, teatr rejissoru,dramaturq. Naxçıvan Muxtar Respublikasının əməkdar artisti.

Vüsal Səmavi
Rzayev Vüsal Elman oğlu
Doğum tarixi
Doğum yeri Naxçıvan Azərbaycan SSR, SSRİ
Vəfat tarixi (53 yaşında)
Dəfn yeri Naxçıvan
Milliyyəti Azərbaycanlı
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Həyat yoldaşı Elmira Kərimova
Fəaliyyəti Aktyor
Fəaliyyət illəri 1999-cu ildən bu günə kimi

Vüsal Səmavi 1968-ci il, fevralın 2-də Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda, ziyalı ailəsində anadan olub. 1975-ci ildə Şahbuz qəsəbə orta məktəbinin 1-ci sinfinə getmiş, 1985-ci ildə isə orta təhsilini başa vurmuşdur. 1986-1988-ci illərdə Ukraynanın Kiyev şəhərində hərbi xidmətdə olmuşdur. 1989-cu ildə Azərbaycan Dölət Mədəniyyət və İncəsənət Universitetinin “Dram teatrı və kino aktyoru” fakültəsinə qəbul olmuş, 1994-cü ildə isə “Dram teatrı və kino aktyoru” ixtisası üzrə tam təhsilini başa vurmuşdur. 1993-cü ildə ailə həyatı qurmuşdur. İki övladı var. Eyni Universitetdə təhsil aldığı həyat yoldaşı da təhsilini bitirdikdən sonra, 1997-ci ildə ailəsi ilə birlikdə Naxçıvan Muxtar Respublikasına köçmüş və 1999-cu ildən etibarən həyat yoldaşı ilə birlikdə Naxçıvan Dövlət Musiqili Dram Teatrında aktyor vəzifəsində çalışmağa başlamışdır. 2001-ci ilin avqust ayında Dövlət tərəfindən bacarıqlı və gənc ailə kimi evlə təmin olunmuşdur. Naxçıvan Dövlət Musiqili Dram Teatrında çalışmaqla yanaşı, həm də 2006-cı ilin dekabr ayından etibarən təzəcə yaranmış Naxçıvan Dövlət Uşaq Teatrında quruluşçu rejissor vəzifəsinə təyin olunmuşdur. Bu vəzifədə 2013-cü ilin 27 iyun tarixinə qədər çalışmışdır. Çalışdığı müddət ərzində 17 uşaq əsərinə quruluş vermişdir. 2008-ci il, sentyabr ayının 25-də “Naxçıvan Muxtar Respublikasının əməkdar artisti” fəxri adına layiq görülmüşdür. “Tanrım, bir düş yuxuma gəl”, “Dram əsərləri”, “Sur günü” və “Rəcəm” adlı kitabların müəllifidir. Naxçıvan Yazıçılar Birliyinin xətti ilə nəşr olunan “Uşaqlar və Günəş” adlı almanaxda (“Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyi, 2011-ci il) və Naxçıvan Muxtar Respublikasının 90 illiyi ilə əlaqədar olaraq hazırlanan “Poema və pyeslər” adlı toplumda (“Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyi, 2014-cü il) əsərləri çap olunmuşdur. Naxçıvan Dövlət Musiqili Dram Teatrında fəailyyətə başladığı dövrdən bu günə kimi Naxçıvan Dövlət Televiziya və Radio Verilişləri Komitəsi ilə yaxından əməkdaşlıq edir. Bir sıra ədəbi-bədii verilişlərin və bədii televiziya filimlərinin ssenari müəllifi və quruluşçu rejissorudur.

Yaradıcılığı

[redaktə | mənbəni redaktə et]

Naxçıvan Dövlət Musiqili Dram Teatrında oynadığı rollar:

  • Qardaşlar ("Dörd əkiz qardaş" P.Pançev)
  • Borya ("Sehrli yaylıq" V.Qubarev)
  • Əlibala ("Hərənin öz ulduzu" İ.Məlikzadə)
  • Musa ("Ana laylası", İ.Çoşqun)
  • Mayor Lisaneviç ("Hökümdar və qızı",İ.Əfəndiyev)
  • Şair Kirmani,Zabit,Tosun Münəccim,Şeyx Nəim ("Topal Teymur","İblis","Səyavuş","Şeyx Sənan" H.Cavid)
  • Mahmud,II Tiqran ("Atabəylər","Pompeyin Qafqaza yürüşü" N.Həsənzadə)
  • Keşik ("Müdrik Natan" Lessinq)
  • Şeyx Ömər ("Əlincə qalası", H.Arzulu)
  • Ağakişi ("Nadanlıq", N.Nərimanov)
  • Sərsəm Heydər ("Dəli yığıncağı", C.Məmmədquluzadə)
  • Mürid ("Məhsəti", K.Ağayeva)

Naxçıvan Dövlət Uşaq Teatrında hazırladığı bəzi əsərlər:

  • “Cəsur Dovşan” – müəllif və quruluşçu rejissor
  • “Yaxşılıq itmir” – müəllif və quruluşçu rejissor
  • “Fəridin Yuxusu” – müəllif və quruluşçu rejissor
  • “Bu dünya bir nağıldı” – müəllif və quruluşçu rejissor
  • “Ata məhəbbəti” – müəllif və quruluşçu rejissor
  • “Daşdəmirin nağılı” – müəllif və quruluşçu rejissor
  • “Bir gecədə böyüyən ağac” – müəllif və quruluşçu rejissor
  • “Dovşanın yeni il sevinci” – müəllif və quruluşçu rejissor
  • “Sehrli saat” – müəllif və quruluşçu rejissor
  • “Bir də etmərəm” (R. Tohidoğlu) – quruluşçu rejissor
  • “Meşə əhvalatı” (B. İsgəndərli) – quruluşçu rejissor
  • “Siçanların kələyi” (B. İsgəndərli) – quruluşçu rejissor
  • “İgidlik imtahanı” ( A. Salmanlı) – quruluşçu rejissor

Naxçıvan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində hazırladığı bəzi film və verilişlər:

  • “Əsrlərdən gələn səslər” silsiləsi – quruluşçu rejissor
  • “Dünya ədəbiyyatı” silsiləsi – quruluşçu rejissor

C. Məmmədquluzadənin hekayələri və “Ər” pyesi əsasında hazırlanan “Pirverdinin xoruzu” , “Göz ağrısı” və “Eşq bəlası” bədii televiziya filimlərinin ssenari müəllifi və quruluşçu rejissoru.