Və dağlardan səda gəldi (ing. And the Mountains Echoed) — əfqan əsilli amerikalı yazıçı Xalid Hüseyninin 2013-cü ildə çapdan çıxmış üçüncü romanı.[1]
Və dağlardan səda gəldi | |
---|---|
And the Mountains Echoed | |
Müəllif | Xalid Hüseyni |
Janr | Roman |
Orijinalın dili | İngilis |
Ölkə | |
Orijinalın nəşr ili | 21 may 2013 |
Tərcüməçi | Səbinə Mütəllimova |
Nəşriyyat | Qanun |
Səhifə | 504 səh. |
Tiraj | 1000 nüsxə |
ISBN | ISBN 978-9952-26-584-2 |
Abdulla və bacısı Pəri 1952-ci ilin Əfqanıstanının Şadbag adlı kiçik bir kəndində ataları və ögey analarıyla birlikdə yaşayırlar. Ataları Sabur davamlı iş axtarmaqda, yoxsulluq və çətin qış şərtlərilə mübarizə aparmaqdadır.
Adı kimi gözəl və yaxşı xasiyyəti olan Pəri, qardaşı Abdullanın hər şeyidir. Bacısına qardaşdan çox valideyn olan Abdulla onun uğrunda, hətta qurban getməyə hazırdır. Onun üçün etməyəcəyi heç bir şey yoxdur. Hətta qardaşı, Pərinin kolleksiyasına əlavə etmək istədiyi ən dəyərli lələyi əldə etmək üçün yeganə ayaqqabılarından da keçməyə razıdır. Və gecələr bir tək çarpayını paylaşmaq məcburiyyətindədirlər.
Pəri və Abdulla, atalarıyla Kabil çölünə tərəf yola çıxanda onları gözləyən, həyatlarını bir-birindən qoparacaq taledən xəbərsizdirlər: Bəzən bir əli qurtarmaq üçün bir barmağından keçməlisən.
Nəsillərdən və qitələrdən keçərək bizi Kabildən başlayıb Paris, San-Fransisko və Tinosun Yunan adalarına tərəf səfərə çıxaran Xalid Hüseyni yeni romanında, həyatımız boyunca etdiyimiz seçimləri, ən yaxınlarımız tərəfindən məruz qaldığımız ümidsizlikləri, bizi təsvir edən və həyatımızı şəkilləndirən ölçüləri sonsuz müdriklik, mərhəmət hissi və həvəslə izah edir.
Xəbərdarlığın sonu