Vələsyаrpаq azat (lat. Celtis caucasica) — IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu “Nəsli kəsilmək təhlükəsində olanlara” aiddir. Azərbaycanın nadir növüdür. [1][2]
Vələsyаrpаq azat | ||||
---|---|---|---|---|
Elmi təsnifat | ||||
XƏTA: latin parametri doldurulmayıb. |
||||
Beynəlxalq elmi adı | ||||
XƏTA HAQQINDA MƏLUMAT Bu parametr doldurulmayıb: latin |
||||
|
20(15)-25(35) m hündürlükdə ağacdır, oduncağı 2 m diametrində, boz-qonurumtul rəngdədir. Budaqlarının yarpaqları yumurtavari, (1,5) 2-3,5 (4,6) sm uzunluqda, sivri, qaidədə qyeri –bərəabəryanlı, aşağıda damarlar boyunca qısA, yumşaqtüklü , oturaq və ya 0,5 (1) mm uzunluqda saplaqı, kənarları küt dişlidir. Dişicikli çiçəkləri zəngçiçəyi quruluşunda, yaşılımtıl –ağ və ya qonurdur. Fındıqcığı küncvari, qısa yumşaq tüklü və ya çılpaq, qırılı, yaşılımtıl, birtoxumlu, buruncuğu fındıqcığın təpəsinin altında yerləşir. [3]
Çiçəkləməsi mart, meyvə əmələgətirmə dövrü avqust-sentyabr aylarıdır. Toxum və vegetativ yolla çoxalr, mezofitdir, arandan orta dağ qurşağına kimi, meşələrdə Parrotia persica, Carpinus caucasica, Quercus castaneifolia, Mespilus germanica, Ulmus foliaceae bitkilərindən təşkil olunmuş senozlarda komponent kimi iştirak edir. [3][4]Dekorativ bitkidir. Lənkəran ovalığının meşə zolaqlarının qorunmasında və dağ yamaclarında meşələrin salınmasında istifadə oluna bilər. [3][5]
Kiçik Qafqazın mərkəzi və cənub rayonları (Şuşa, Füzuli), Lənkəran ovalığı və Lənkəranın dağlıq hissəsi (Masallı rayonu –İstisu sanatoriyası ətrafında olan eşələrdə və Yardımlı, Lənkəran, Lerik, Astara rayonlarının meşələrində). [3][4] [5]
Populyasiyaları məhdudlaşır, azalma tendensiyası müşahidə olunur.
Antropogen təsir (ağacların qırılması).
Hirkan Milli Parkında mühafizə olunur. [5] Təbii meşələrin kəsilməsi üzərində nəzarəti gücləndirmək tələb olunur.
Bаşlıcа оlаrаq insаn fəаliy¬yətidir.
Mədəni şəraitdə Nəbatat bağlarında becərilir.
Azərbaycanın “Qırmızı Kitabı”na daxil edilmişdir.
Yeni yasaqlıqların təşkili zəruridir.
http://dendrologiya.az/?page_id=112 Arxivləşdirilib 2019-11-17 at the Wayback Machine