Vəli Əkbər

Əkbərov Vəli İbrahim oğlu — Azəraycanlı telejurnalist.

Vəli Əkbər
Vəli İbrahim oğlu Əkbərov
Digər adı Vəli Əkbərov
Doğum tarixi (56 yaş)
Doğum yeri Aşağı Layısqı, Şəki rayonu, Azərbaycan SSR, SSRİ
Fəaliyyəti jurnalist

Vəli Əkbər 1968-ci il mart ayının 28-də Şəki rayonun Aşağı Layısqı kəndində anadan olub. Azərbaycan Dövlət İncəsənət Universitetinin Teatrşunaslıq fakültəsini bitirib. 1989-cu ildə o ictimai "Xalq Universiteti"nin "İctimai müxbirlər" kursunu bitirib və həmin zamandan dövrü mətbuatda çalışır.

1993-1998-ci illərdə "Press-Fakt" qəzetində məsul katib, məsul redaktor vəzifələrində fəaliyyət göstərib. 1998-2001-ci illərdə "Rezonans" qəzetinə rəhbərlik edib. 2001-ci ildə "Həftə-içi" qəzetini qurub, 2003-2008-ci illərdə "Media Holdinq"-in ("Lider" televiziyasının) İçtimai-Siyasi proqramlar və Xəbərlər departamentinin rəisi işləyib. 2008- 2012 - ci illərdə Azərbaycan Televiziya və Radio verlişləri Qapalı Səhmdar Cəmiyyətinin İnformasiya Proqramları Studiyası direktorunun müavini vəzifəsində çalışıb.

2013-cü ildə “Tezxeber.az” İnformasiya Portalını yaradıb və həmin portalın baş redaktorudur.

2014-cü ilin fevralından TTV kanalının direktor müavini və Region TV-nin xəbər direktorudur.

Milli Elmlər Akademiyası İnsan Hüquqları Elmi Tədqiqat İnstitutunun doktorantıdır. Hazırda "Elektron KİV-lərdə seçki təbliğatı və seçici psixologiyası" mövzusunda namizədlik dissertasiyası üzərində tədqiqat aparır.

60-a yaxın ictimai-siyasi yönümlü sənədli və televiziya filminin ssenari və ideya müəllifidir. Dövrü nəşrlərdə publisistik məqalələri və şerləri dərc olunub. Dörd kitabın redaktoru olub. Vəli Əkbərin yetişdirdiyi 100-ə yaxın peşakar jurnalist hazırda ölkənin ən tanınmış media qurumlarında çalışır.

Ailəlidir, 3 övladı var.

  1. "Səda+"
  2. "Xüsusi təyinatlı müxbir"