Vəli Məmməd oğlu Zeynalov (20 dekabr 1956, Naxçıvan – 28 mart 1990, Kərməçataq, Naxçıvan Muxtar Respublikası) — şəhid.
Vəli Zeynalov (şəhid) | |
---|---|
Zeynalov Vəli Məmməd oğlu | |
Doğum tarixi | 20 dekabr 1956 |
Doğum yeri | |
Vəfat tarixi | 28 mart 1990 (33 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri |
|
Milliyyəti | Azərbaycanlı |
Təhsili | Volqoqrad Ali Milis Məktəbi |
Vəli Zeynalov 20 dekabr 1956-cı ildə Naxçıvanda anadan olub. Volqoqrad şəhərindəki Ali milis məktəbini bitirmişdir. Azərbaycan KP Naxçıvan Vilayət Komitəsində Dövlət hüquq şöbəsinin müdiri işləmişdir.
1990-cı il mart ayının 28-də Şada kəndində ermənilərlə azərbaycanlılar danışıq aparmalı, Vəli də o danışıqlarda iştirak etməli idi. Ermənilərin Gərməçataq kəndinə gözlənilməz hücumu Vəli Zeynalov başda olmaqla, görüşə getməsi nəzərdə tutulmuş bir neçə adamı o görüşə getməkdən saxlayıb. Gərməçatağın quldurlardan təmizlənməsi üçün bir dəstə şəxslə kəndə daxil olan Vəli Zeynalov qəhrəmancasına şəhid olmuşdur[1]
İlqar və Rəşad adında iki övladı yadigar qalıb.
Vəli Zeynalovun oxuduğu Naxçıvan şəhər 3 nömrəli orta məktəbə və Gərməçataq sovxozuna onun adı verilmişdir.