Vəliməhəmməd ağa Dizaği

Vəliməhəmməd ağa Dizaği - Qarabağ bəylərindən, II Şah Abbas Səfəvinin bərbəri.

VƏLİMƏHƏMMƏD AĞA DİZAĞİ
Doğum yeri Qarabağ

Həyatı[redaktə | mənbəni redaktə et]

XVII yüzildə yaşamışdı. Dizaq mahalının Qoçəhmədli kəndində anadan olmuşdu. O qədər usta idi ki, II Şah Abbas Səfəvinin nəzərini cəlb etmişdi. Şahın şəxsi bərbəri işləmişdi. Yaşa dolandan sonra şah ona doğma kəndini tiyul kimi bağışlamışdı. Qocaman usta qalan ömrünü kəndin gəliri ilə keçirmişdi. Bir az ərköyün olduğundan onun haqqında Qarabağda "Sən də Şah Abbasın dəlləyisən?" ifadəsi yaranmışdı.

Vəliməhəmməd ağanın Mirzəli ağa, Əliəkbər ağa, Əhmədəli ağa və Şahverdi ağa adlı oğulları vardı.

Mənbə[redaktə | mənbəni redaktə et]

  • Ənvər Çingizoğlu. Sərdarlı kəndi. Bakı: Elnur-P, 2005, 320 səh.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]