Vənənd hamamı — Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Vənənd kəndində XVII əsrə aid tarixi-memarlıq abidəsi.
Vənənd hamamı | |
---|---|
Ölkə | Azərbaycan |
Şəhər | Naxçıvan |
Yerləşir | Ordubad rayonunun Vənənd kəndi |
Üslubu | Naxçıvan memarlıq məktəbi |
Vəziyyəti | fəaliyyət göstərir |
Əhəmiyyəti | Yerli əhəmiyyətli |
|
Hamama birləşən bütün ərazinin "Uzun-küçə" vasitəsilə həm kəndin meydanına, həm də yaşayış məhəllələrinə çıxışı var. Hamamın planlaşdırma strukturu çox dəqiqdir. Uzunluğu 18 metr, eni 15,4 metr olan hamam orta əsrlər texnologiyasına cavab verərək dörd ədəd kvadrata yaxın və ardıcıl yerləşən otaqlardan ibarətdir ki, bu da “T” hərfinə bənzər forma verir. Ümumi sahəsi 189,2 m² olan bu abidənin divarları dağ daşı, tağtavanları və günbəzləri isə bişmiş kərpiclə inşa olunub. Hamama giriş soyunma zalının sağındakı vestibüldəndir. Soyunma zalının diametri 5,1 metrdir. Zalda eni 2,2 metr və 1,1 metr olan 7 ədəd dərin taxça var. Soyunma zalının yuyunma zalı ilə əlaqəsi əks tərəfdən balaca vestibül vasitəsilə yaradılıb. Digər yuyunma zalı 2 bölmədən ibrətdir. Şimal hissədən mərkəzi yuyunma zalına isti su hovuzu və qazanxana birləşdirilmişdir. Hər iki zalın tavanı sferik günbəzlə örtülmüşdür. Hamamın hündürlüyü günbəzlə birlikdə 5,5 metr bərabərdir. Hamamın su ehtiyacı yaxınlıqdakı çeşmənin suyu ilə ödənilirmiş.