Film Azərbaycanın oğul və qızlarının cəbhələrdə göstərdikləri qəhrəmanlıqlara və arxadakı fədakar əməklərinə həsr olunmuşdur.
Filmin birinci hissəsi Bakının dinc həyatından danışır, buradakı bağçalar və məktəblər, fabrik və zavodlar, neftin çıxarılması və nəqliyyatla göndərilməsi barədə söhbət açılır. "Hər Şey Cəbhə üçün!" şüarı əməkçiləri daha sıx birləşdirir. "Cəbhəyə", "Cəbhə üçün" sözləri gah Azərbaycan, gah da rus dillərində ekranda görünür. Hər sözdən sonra Bakının küçələri ilə cəbhəyə gedən əsgər və tank dəstələri gəlib keçir.
- Filmin birinci hissəsi lirik mahnılarla və şair Tələt Əyyubovun şerlə yazdığı mətnlə müşayiət olunur. İkinci hissə cəbhə ilə bağlı hadisələri ekranda canlandırır. Döyüş xronikası, ayrı-ayrı əsgərlərin, sanitar qız Leylanın iri planları göstərilir. Budur, əsir almanları aparırlar, həlak olmuş sovet döyüşçülərini dəfn edirlər, azad edilmiş kəndlərin sakinləri ilə görüşlər, öpüşlər, qucaqlaşmalar, çoxdan gözlənilən qələbə.
- Filmin finalında yazılıb: "İrəli, Qərbə!"
- Kinooçerkdə ölüm düşərgələrində işğalçı faşistlərin törətdikləri fəlakətlər də göstərilmişdir.
- Rejissor: Əbdül Həsənov
- Ssenari müəllifi: Mirzə Mustafayev
- Operator: Mirzə Mustafayev
- Mətnin müəllifi: Tələt Əyyubov
- Səs operatoru: Ağahüseyn Kərimov
- M. Əmrahov. "Müharibə illərinin kino salnaməsi (1941-1945-ci illər)". //Təhsil, mədəniyyət, incəsənət.- 2004.- № 1.- səh. 126-129.
- Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 84.
- Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 813.